Aynurə

Aynurə
@thisismyworld_
ADPU/BDU
Baku
2 Ağustos 2001
397 okur puanı
Ekim 2020 tarihinde katıldı
8/10
·133 syf.··
Beğendi
·
2025 14. kitabı
·
15 saatte okudu
·
Okunma: 17 Aralık 2025 22:59
Hadisələr gələcəyin depressiya içində boğulan bir şəhərində baş verir. Kitabın baş obrazları "İntihar dükanı" işlədərək insanlara öz həyatlarına ən uyğun şəkildə son qoymaları üçün müxtəlif vasitələr satan bir ailədir. Ailənin üzvləri - ana, ata, oğul və qız pessimist insanlardır. Kiçik oğul Alan isə tamamilə fərqli, həyatı sevən, hər şeydə gözəllik axtaran, ümidli bir uşaqdır. Bu isə ailədə nəsillər boyu görülməmiş bir şeydir. Zaman keçdikcə Alanın həyat eşqi ailəyə və şəhərə də təsir etməyə başlayır. Kitabı ümumilikdə sevdim. Qara yumoru əsərdə yazıçı çox gözəl şəkildə əks etdirib. Sevmədiyim bir şey kitabın sonlara yaxın çox sürətli şəkildə davam etməsidir.
İntihar DükkânıJean Teule · Sel Yayıncılık · 202417,6bin okunma
Reklam
9/10
·349 syf.··
Beğendi
·
2025 1. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Ocak 2025 11:11
2025-də oxuduğum ilk kitabın bu olmasına çox sevindim. Roman 2 fərqli insanın həyatından bəhs edir. Uşaqlıqda bu şəxslərin yolları kəsişsə də, həyatın keşməkeşi onları ayrı salır. Cəfər özünün, Səidə isə başqalarının onun üçün verdiyi qərarların əzabını uzun illər çəkməli olur. Kitabı ümumilikdə çox sevdim, yalnız Cəfərin sonda qızı haqqında verdiyi hökmün nə dərəcədə doğru olub olmaması sual altında qaldı mənim üçün. Buna baxmayaraq, o, ədaləti bərqərar etdiyi üçün sevdiyim obraz kimi yaddaşımda yerini aldı. Oxuyacaq olanlara xoş mütaliələr
1K
Yol Ayrıcında Azıb QalanlarVaris · 2013230 okunma
9/10
·480 syf.··
Beğendi
·
2022 12. kitabı
·
10 günde okudu
·
Okunma: 15 Ağustos 2022 14:36
Jane Austendən oxuduğum 2-ci romandır. Yazıçı 39 yaşında tamamladığı kitabının ən sevdiyi əsəri olduğunu söyləmişdir. Kitabın mövzusu 1 qəsəbədə yaşayan 3 gənc qızın (Emma, Harriet, Jane) sevgi axtarışından bəhs olunur. Öncəliklə onu bildirim ki, Emma mənim üçün çox doğma və bir o qədər də sevdiyim bir obraz oldu (çoxlarının əksinə ). Kitabın əvvəlində sonuna doğru müsbət mənada dəyişməsi və bu dəyişimini müşahidə etmək xoş oldu. Sevdiyim obrazlar sırasına Mr. Knightly, Mrs.Weston; nifrət etdiklərimə isə Mr. və Mrs. Eltonu aid edə bilərəm. Jane, Harriet və Frank Churchilli təəssüf ki heç sevə bilmədim.
1000k
EmmaJane Austen · Can Yayınları · 202214,1bin okunma
Puan vermedi·188 syf.··
Beğendi
·
2022 11. kitabı
·
5 saatte okudu
·
Okunma: 14 Ağustos 2022 15:18
Kitabda 3 ayrı qitədə, 3 ayrı həyat yaşayan 3 qadının hekayəsi bəhs olunur. Giulia Siciliyada yaşayan bir qadındır. Atasının saç emalatxanasında işləyir.Normal həyat tərzi yaşayır, ta ki həyatı atasının gözlənilməz bir avtomobil qəzası nəticəsində dəyişməsinə qədər. Sarah Kanadada hüquqşünas vəzifəsində çalışır, 3 uşağı var, tək qadındır və hüquq şirkətlərinin birinin şərikidir. Bunların hər birini eyni anda idarə etmək üçün həyatından bir sıra fədakarlıqlar etmək zorunda qalır. Lakin bir gün tutduğu xəstəlik nəticəsində karyerasında hər şey alt üst olmağa başlayır. Smita isə Hindistanda yaşayan əhalinin ən aşağı təbəqəsinin bir üzvü idi. Çox acınacaqlı və qeyri insani bir həyat tərzi keçirirdi, təəssüf ki bu həyat ona əcdadlarının "mirası" olmuşdur. Bu həyatda yeganə məqsədi qızının həyatını xilas etməyidir və bunun üçün əlindən gələni əsirgəməyəcək. Öncəliklə onu bildirim ki kitab məni dərindən çox sarsıtdı, hələ ki Smitanın hekayəsi. Olduqca axıcı dildə yazılmış bir əsərdir. Ən çox sevdiyim tərəfi isə 3 qadının həyat hekayəsinin ayrı başlıqlar şəklində verilməsi olmuşdur. Kitabın sonlarına doğru bu qadınların bir birindən xəbərsiz şəkildə ortaq bir məqsəd altında toxunulmaz tellərlə birləşməsi insanda fərqli duyğular yaradır.
1000k
Saç ÖrgüsüLaetitia Colombani · Yan Pasaj Yayınevi · 202017,4bin okunma
9/10
·208 syf.··
2021 38. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Temmuz 2021 15:54
Əsərin baş obrazı olan Montag yanğınsöndürən idi. Televiziyanın hakim olduğu bu dünyada yanğınsöndürənlər yanğın söndürmək əvəzinə yanğın yaratdıqları üçün kitablar yox olmaq ərəfəsində idi. Montagın işi, qanunsuz olanların ən təhlükəlisini- kitabları yandırmaq idi. Montag işini heç vaxt sorğulamırdı və bütün gününü televiziya ilə örtülmüş otaqlarda keçirən həyat yoldaşı Mildredlə yaşayırdı. Ancaq yeni qonşusu Clarisse ilə tanış olduqdan sonra bütün həyatı dəyişdi. Kitabların dəyərini dərk etməyə başlayan Montag, bu vaxta kimi bildiklərini sorğulamağa başladı. İlk öncə onu deyim ki kitabı çoooox bəyəndim, bir nəfəsə oxuna biləcək bir kitabdır, verdiyi mesajlar isə olduqca dəyərlidir. Bu janrda oxuduğum ilk kitab olduğu üçün özümü çox şanslı hesab edirəm. İllər sonra mütləq 2-ci dəfə oxumaq fikrim var. Kitabın sonu yarıda kəsilmiş hissi verir oxucuya, lakin məncə bu daha yaxşıdır, çünki mənə elə gəlir ki kitabın sonu başqa cür tamamlansa idi indiki effekti verə bilməzdi. Oxuyacaq olanlara xoş oxumalar.
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,2bin okunma
Reklam