Tətil müddətində oxumaq üçün kitab axtardığımda tərəddüd etmədən görüb aldığım, mənim kitabdan almaq istədiyim gözləntilərimi tam haqqı ilə qarşılayan,unudulmaz hisslər yaşadan,psixologiyamda dərin iz buraxan,həyatın acı reallıqları ilə üzbəüz qoyan sevimli Martin İdenim. Martin layiq olduğu yerdə deyildi,ətrafı onu anlamayan,dəstəkləməyən,burjua kölələri ilə dolu nadanlarla dolu idi,və məhz onu tükəndirən əsas məqam da budur. O, yaradıcılıq ilhamını kimdən alırdı?nə üçün yazıçı olmaq istəyirdi?nə üçün öz təbiətini,ətrafını,vərdişlərini tərk etməyə təşəbbüs etdi?həyat qayələrini hədəflərini kimin üçün,kimin standartlarına uyğun seçdi? Ruf üçün...Lakin Ruf onu anlamadı,anlaya da bilməzdi,çünki onun həyat təcrübəsi,baxış bucağı,qənaətləri bunun əleyhinə idi. Bunu son görüşdə Martinə dediyi yalandan görmək olardı. "Mən artıq cəsarətliyəm,hər şeydən keçib buraya gəlmişəm. Bura gəlməyimdən heç kimin xəbəri yoxdur.
Artıq onun gəlişinin heç bir mənası yox idi,Martin hissizləşmiş,özünü "xəstə" adlandırırdı. Çünki "qara camaatın" onu məşhur etməsi onu əvvəlki Martin İdendən fərqləndirmirdi. Məhz həmin Martin idi. Niyə görə tale belə yazmışdı? Niyə görə onun həyat qayəsi əlindən birdəfəlik gedəndən sonra şans üzünə gülmüşdü? Artıq məşhur olmağın heç bir əhəmiyyəti yox idi. Oxucunu Martinə bağlayan, onun nəcib hisslərlə yanaşı səxavətli olması idi,unutmadığım səhnə idi ki, əlinə keçən pul ilə Mariyanın yetim uşaqlarına şirniyyat,oyuncaq alaraq üzlərini güldürməyə çalışırdı,Ruf və onun ailəsi üçün bu utancverici idi...Onlar qəlbin genişliyini görmür,Martinin əynindəki "cındır"paltarlardan,ətrafına topladığı yetim uşaqlardan diksinirlər. Yazıq Martin,sən düzgün qadına aşiq olmadın,səni məhv etdi...
Hələ bacılarının ərlərini demirəm,bu Martinin qəlbindən elə keçir ki,göz yaşlarıma