Aqşin Evrən - Əlvida... Darıxıram
Susanda ən yaxşı "unutmaq" susar Bir nəhəng, yaşılgöz, vəhşi darıxmaq Səni otağının küncünə qısar Bəlkə, xəstəlikdi darıxmaq hissi Bu böyük ağrıyla yaşamaq yox e, Vallah, ölmək pisdi... ölmək də pisdi... Köhnə məktubları açıb baxarsan Gəlib kirpiyinə duzlu göz yaşın Özünü məktuba atar beləcə Onun hədiyyəsi - gümüş boyunbağı Səni darıxmaqdan asar beləcə İçinə daş alıb susar sol yanın Baxıb əllərinə donub qalarsan: "İlahi, bəs onun əlləri hanı?" Baxarsan rəsminə: "Əcəb yaşlanıb Özünə baxmır heç, kökəlib bir az Deyəsən, xəstədir lənətəgəlmiş İnşallah bu ilə salamat çıxmaz" Sonra eşidərsən qohum-tanışdan Deyərlər "keçmişin" yaman xəstədi. Sən də deyinərsən dodaqaltında "Məni başa düşdük, it zülmü verdin Ay Allah, bəs ondan sən nə istədin?!" Ovcunda qırışar xatirələrin İndi dözə bilsən, döz əllərinə Təsəlli verərsən öz əllərinə:
Şiir
-Unutuyolar -Neyi? -Benim çocuk olduğumu.... Ben aile içi kavgalara tepki gösteremem Ben Alemi təsəlli edemem Ben evi idare edemem Ben yasaklarla büyüyemem Ben her gece ağlayarak uyuyamam Ben bu yaşta yetim kalamam Ben ailemi toparlayamam Ben..... Çocuğum Ben Aile içi kavgalarda sakinleştirilmesi gerekenim Ben Ailede teselli edilmeli olanım Ben Ailede idare olunacağım Ben özgür büyümeli olanım Ben her sabah neşeli olmalı olanım Ben ailemin mutlu olduğunu seyr edecek olanım Ben sağlam ve her şeyin üstesinden gelen ailemi izleyecek olanım Ben daha Küçüğüm,çocuğum,bebeğim. Ben yetişkin değilim....
Reklam
Gəl danış ey ürək Ey dili biqərar, nə deməkdir bu sükut? Kimdən küsübsen belə, ey dili məhlul Bir söz söylə ,aç qəminden düyünləri Bu sinədə nə qəm var ,nə dərt var ,ey əyyuh Gəl danış ey ürək, o şirin nəğmələrdən Eşq dolu hərarətli kəlmələrdən Nə üçün gizlədirsən bu qədər dərdini Söylə ey can o qəmli hekayələrdən Mən səni həmişə dinləməyə hazıram Qoy axıtsın gözlərin o yaşları tamam Bəlkə təsəlli taparsan bu sözlərdə Gəl danış ey ürək bitsin bu alam Bu qədər susma, ey həmdəmim, ey canım Qoy səninlə təzələnsin bu viranim Ümidlə gözləyirəm o şirin ləhzərindən Gəl danış ey ürək, ey mənim sultanm . "Pıçıldayan ruh.." B ,Sahil.
“Yetər ki, gəl, ürək dərd, gözlərim yol çəkir, Min təsəlli eyliyər bir sətir, Tək səninlə bağlıdır hər fikir, Düşüncəm... Gəl gör, üzür məni bu tənhalıq necə, Gəl gör, bir mənəm bir də qaranlıq gecə, Gəl gör, çox şey ki istəmirəm sadəcə, Gəl gör...”
Müzik
Bir alimdən soruşdular: “Elmi necə gördün?” O dedi: “Qəmgin olanda təsəllimdir, təsəlli tapanda ləzzətimdir, ləzzət dadanda isə ünsiyyətimdir.
Bilmirəm, bəlkə də bu axşam dəyişən yenə sadəcə rəqəmlər oldu. Bəlkə də tək dəyişən 5 dən 6 idi. Bilmirəm, tək bildiyim var, axı insan özünə təsəlli edir bununla. 2025 mənə çox da düşərli il olmadı, ailəmdən itirdim, doğmam getdi. Uşaqlığım ən gözəl xatirələri onunla bağlı olan babamı öz əlimlə torpağa verdim. Mən 2025 də bildim halvanın acı olduğunu, bəlkə də ona görə mən artıq halva yemirəm. Əslində 2025 mənə çox şey öyrətdi, sevginin də pula satıla bildiyini, çoxunun pul hərisi olub, səni pula sata biləcəyini. Əslində hərşeyin pul ilə alına biləcəyini öyrətdi bu il mənə, bir tək dünyasını dəyişdiyin doğmalarından başqa. Mənə bu il güvənməməyi, sevməməyi ən əsası daha olğun davranmağı öyrətdi. İtirdiyim çox şey oldu, qazandığım isə çox az sayda barmaqla sayılacaq bir neçə insan. Mən bu ildən də artıq nəsə gözləmirəm, çünki artıq nağıllardan mədəd umacaq və olmayacaq dualara amin deyəcək yaşı çoxdan keçdim. Tək təsəllim bu il ərzində, keçən ildən dərs aldığım üçün eyni səhvləri etməyəcəyimdir. Bu ildən də çox şey istəmirəm, tək diləyim sahib olduğum şeyləri almasın, gerisi önəmli deyil.Yeni il sizlərə düşərli olsun..
Reklam
Reklam