Əziz Yaqubzadə - “Dostum robot”
Yazıçıdan oxuduğum artıq üçüncü kitabdır və hər birini sevə-sevə oxumuşam. Bundan əvvəl “Bir sən qədər” və “Səndən ötrü” kitablarını oxumuşdum. Bu kitabını isə sonuncu uşaq festivalından, elə satışa təzə çıxan ərəfədə almışdım.
Kitab balaca bir qızın - Leylanın dilindən nəql olunur. Leyla dostu olmayan, tək gəzib tək əylənən, bir növ təklikdən zövq alan asosial bir uşaqdır. Ana, ata və Leylanın birlikdə keçən həyat tərzindən bəhs edən bu kitabda hər şeyə Leylanın gözüylə baxırıq, onun dünyagörüşünü, bəyəndiyi və nifrət etdiyi şeyləri elə onun öz dilindən eşidirik. Günlərin bir günü Leyla təsadüfən bir robot tapır. İlk başda onu götürmək istəməsə də, sonradan məcbur qalıb evə gətirir və onunla dostlaşır. Hadisələr də elə bundan sonra başlayır.
Kitabda ən çox bəyəndiyim dialoqların çox təbii olması idi. Oxuduqca Leylanın hərəkətləri, danışıq tərzi insanın üzündə gülümsəmə yaradırdı. Karikaturalar da çox gözəl idi. Verdiyi mesajlar, xüsusilə dostluğun önəmi çox yaxşı vurğulanıb. Doğrudan da, insan bir dost tapanda, tək olanda maraqsız gələn hər şeyə bir rəng qatılır, maraqsız olan hər şey maraqlı olmağa başlayır. Yazıçı bunu çox gözəl qeyd etmişdi.
Uşaq ədəbiyyatı olsa da, həmişə demişəm - bəzi şeylərdən dərs götürmək üçün böyüklər də oxumalıdır. Kitab təkliyin yaxşı olmadığını, dostun olanda həyatın daha maraqlı olduğunu gözəl göstərir. Bəlkə müəllifin mesajı başqa idi, amma mənim bəyəndiyim nüans məhz dostluğun önəmli tutulması oldu.
Kitabdakı bəzi səhnələr də mənə “tək əldən səs çıxmaz” məsəlini xatırlatdı. Yəni insanlar bir-birinə dəstək olsalar, daha yaxşı nəticələr əldə edə bilərlər. Düz başa düşmüşəmsə, o səhnələr də gözəl idi.
Leylanın məktəbə olan üsyanını isə başa düşürdüm və gülümsəyərək oxuyurdum, çünki özüm də vaxtilə
"Mənim həyata verdiyim dəyərlərlə başqalarının dəyərləri çox fərqli idi. Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən çox xoşbəxt idilər. Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim"
Təəssüf ki dövrümüz insanı düşünməkdən çox məşğul olmağa yönəldir və bu kitab bunları bizim qarşımıza qoyur. Maraqlısı odur ki, öz axtarışlarımızla biz nəyi hədəfləyirik? Nə üçün yaşayırıq və məqsədlərimiz nədir?
Kitaba təzə başlayanda Yunisə görə Fikrətə necə yazığım gəlirdisə,elə kitabın sonuna kimi də elə yazığım gəldi.Ona görə bu həyat da heç kəsə inanmamaq lazımdır
Kölgə – Ölənlə ölmür
“Bunu bil ki, heç bir qadın qəlbinizdə mühafizə etdiyiniz ölü ilə birgə yaşamaq istəməyəcəkdir.” – M. Balzak
Bu sözü Henriette Mortsauf Feliksə yazdığı məktubda deyir. Ümumiləşdirsək heç kəs ölmüş biri olan qəlbdə özünə yer tapmaz. Bunu bacaran tək insan bəlkə də Vüqar oldu. O da bunun üçün 10 ilini verdi. Risk aldı. Mən sürəyyanın acısını o qədər dərindən hiss etdim. İnsan sevdiyini itirəndə bir parçası qopur. Puzzle-ın kiçik bir hissəsi itir və o puzzle hər zaman yarım qalır. Başqaları olur. O görüntünü tamamlaya bilir. Amma o uyumu, o əsası heç zaman gerçək mənada tamamlaya bilməz.
Sürəyya çox fevri idi. Acısı təzə olsa da, hadisələri başqa tərəfdən dinləməyə heç cəht etmir. Əslində bunun sayəsində daha yaxşı bir həyatı oldu.
Kızıl Stefan Zweigin ən sevdiyim əsərlərindən biri oldu.Yazarın Qorxu əsərində bəyənmişdim,kızıl ikincisi oldu.Bu əsərdə Bergerin keçirdiyi hissləri,qorxunu o qədər yaxşı başa düşürdümki.Onun keçirdiyi hissləri əsil mənada hiss edərək oxudum.Təzə ümidlənməyə,həyat sevgisini dadmağa başladıqda onun qızıl xəstəliyinə tutulması çox pis oldu.Bergerin sağaldığını,istədiyi həyatı yaşamağını çox istəyərdim.Əsərin xoşbəxt sonlu bitməyin gözlüyürdüm.Əsəri mən çox bəyəndim və 10/9 verdim.Xoş mütaliələr
KızılStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202236,9bin okunma
80 günə 100 kitab
Gün 29.
Kitab 41.
Kitabda tək siyer yox, bir çox mövzuya toxunulmuşdur.
Siyerin mahiyyəti və məqsədi
Peyğəmbərin risalət və insan yönü
Məkkə və Mədinə dövrlərinin dərsləri
İslam cəmiyyətinin quruluşu
Peyğəmbərin əxlaqı və müasir dövr üçün nümunələri
Bütün bu mövzular o qədər anlaşılan şəkildə, Quran ayələrindən nümunələr gətirilərək izah olunub ki, heç bir anlayışı olmayanlar, siyer öyrənməyə təzə başlayanlar da anlaya bilər