Ṣoḥbet-i pādişehden it perhīz Penbe-i ḫuşkvār zi-āteş-i tīz Nūr ile ger pür ola ol āteş Seyr it ıraḳdan ol emānda ḫoş Padişahların (yöneticilerin) sohbetinden sakın; kuru pamuğun harlı ateşten sakındığı gibi. O ateş nur ile dolu olsa bile; onu uzaktan seyretmek selamet içindir. TUHFETÜ'L-İHVÂN, s. 418
Edebiyat
TZ
Benim dermanım öyle bir şey ki elimi uzatsam küllerim karışır bu diyara.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Biri gedir, ən yaxının, ən əzizin uzaq olur. Darıxırsan... Darıxdıqca gözlərindən qıraq olur. Biri gedir, ömür kimi öz-özündən əksilirsən. Düşünürsən, xəyalınla buludlara yüksəlirsən. Biri gedir, əllərinlə qapıları bağlayırsan. Gələn olmur, dizlərini qucaqlayıb ağlayırsan. Biri gedir, daha budaq axtarmırsan tutunmağa. Halın olmur, təkliyindən kənarlaşıb utanmağa. Biri gedir, qəbullanıb yaşamağa çalışırsan. Şəkli qalır, baxıb ona nələr-nələr danışırsan. Biri gedir, təzə sönmüş ocaq kimi közü qalır. Külək əsir, yanağında əllərinin izi qalır.
Şiir
Yenə də cütük
Sevda qovuşdurdu bir zaman bizi, Əvvəl dövrəmizdə yox idi kimsə. Səadət sardıqca ürəyimizi, Könüllər dil açıb verdi səs-səsə. Vaxt çatdı, üç olduq, sonra beş olduq, Dillərə dolaşdı məhəbbətimiz. Sanki yem daşıyan bir cüt quş olduq, Açdıq hər tərəfdə təzə cığır, iz. İllər ötüşdükcə böyüdü onlar, Hər övlad bir yuva qurdu özünə. İstəyə çevrildi saatlar, anlar, Hərə bir doğmanı qısdı köksünə. İndi də hər dərdi daşıyırıq cüt, Yenə də köklüdür qəlblərin simi. İndi də bir yerdə yaşayırıq cüt, Guya övladımız olmamış kimi... Həyat yoldaşım Firuzəyə Tacəddin Şahdağlı
Aydaaa •́⁠ ⁠ ⁠‿⁠ ⁠,⁠•̀
📍Həyatın 29 xoşbəxtliyi 1) Təzə yataq örtüyü sərilən yatağa yatmaq üçün uzanmaq. 2) 3 və daha çox ard-arda asqırmaq. 3) Ayaqları suya salıb hərəkət etdirmək. 4) Çox xoşuna gələn bir kitabın hələ oxunmamış çox səhifəsi qaldığını hiss etmək. 5) Sürüşmək və yıxılmamaq. 6) Ayaq barmaqlarında qumu hiss etmək. 7) Gözlədiyin bir sms-in gəlməsi. 8) Çox real olaraq yaşadığın qorxunc yuxudan ayılıb bunun yuxu olduğunu başa düşmək. 9) "Pirojki", "bulka"-nı başlanğıc hissəsindən dişləmək. 10) Təzə alınmış elektron bir cihazın ekranından qoruyucu örtüyü çıxarmaq. 11) Tanımadığın insanların səni bayram münasibətilə təbrik etməsi. 12) Soyuq halda ikən girdiyin yatağının nəhayət isinməsi. 13) Unutduğun köhnə parolunu qəfil olaraq dəqiq yazmaq.
Hayata Dair
Rəsul Rza - Vəfa
Mən yollar ayrıcında səni gözləyən zaman, Bəlkə indi qan gedir sənin təzə yarandan. Həsrətinlə axırkən gözlərimin gümüşü, Bəlkə dodağındadır gəncliyimin gülüşü. Bəlkə ala gözünə toxunmasınlar deyə Bürümüşdür təbiət səni bir ağ pərdəyə. Baş ucunda ağlayır küləklər həzin-həzin, Matəmini tutaraq hicranlı eşqimizin. Bəlkə buz əridirkən şinelinin buxarı, Düşmənə qan uddurur qılıncının ovxarı... Mən yollar ayrıcında səni soraqlayanda, Könlümün otağında həsrətim ağlayanda, Gündüzümün-gecəmin fərağını yığaraq, Qəfəsdə qumru kimi səni gözləyəndə, bax, Bu sinəmin içində yeyin-yeyin döyünən, Pərişan gözlərinin baxışıyla öyünən Qəlbim deyir: - Bir sabah gələcək o günəşlə, Üzündə təbəssümlə, dodağında atəşlə! Üç il əvvəlki kimi oturacaq yanında. Onun başından keçən yaralı dastanında, Dinləyəcəksən uzun əsrlərin dərdini, Görəcəksən bəşərin mərdini, namərdini. Gözündə canlanacaq onun dolğun həyatı, Sadə insan ömrünün ölməyən nəqəratı. Mən hər ikindi çağı üfüqlərə baxanda Canlanırsan gözümdə, bir bənövşə yaxanda. Hər şey gəlir, xəyala indicə olmuş kimi. Sinədə qəlb çırpınır yaralı bir quş kimi. Suya salxım sallamış o söyüdlər, iydələr,
Şiir