Sən imişsən gətirən hər baharı
Sənsiz hər yer quru səhralıq imiş...
Bir qaranlıq gecənin vahiməsi,
Bir sınıq pəncərənin çərçivəsi,
Onu çırpan küləyin vəhşi səsi
Mənə bəsdir səni xatırlamağa.
Bir qanadsız quşun aciz baxışı,
Baxışından duyulan yalvarışı...
Üstümə nazla yağan yaz yağışı
Mənə bəsdir səni xatırlamağa...