Ülvi Alışanov

Puan vermedi·264 syf.··
2023 1. kitabı
Ah ,evet ! Bu mezarda ne denli tutkulu ,günahkar, isyankar bir yürek yatıyor olursa olsun ,üzerinde yetişen çiçekler gene de masum gözleriyle uysal ,sakin bakar bize : Yalnızca ebedi huzurdan , doğanın "kayıtsız" , büyük huzurundan değil ,ölümsüz barıştan, sonsuz yaşamdan da söz ederler.
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202555,9bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
10/10
·96 syf.··
2022 6. kitabı
Möhtəşəm, bir sözlə möhtəşəm. Allah , məntiq və inam üçlüyünü o qədər gözəl təhlil edir ki...Adından göründüyü kimi Tolstoy ilk öncə özünə , sonra da oxuculara bütün " həyat " -nı etiraf edir. Çox cəsurca yazılmış bir kitab və kimsənin cəsarət edə bilməyəcəyi monoloqlar ( xüsusilə də Tolstoyun yaşadığı dövrdə və o qaniçən katolik cəmiyyətinin içində ). Kitabı bitirəndə sadəcə tək olmadığımı və bəzi suallara heç zaman cavab tapmayacağımı bir daha acı şəkildə təcrübə etdim...
İtiraflarımLev Tolstoy · Antik Kitap · 201629,3bin okunma
9/10
·341 syf.··
2022 4. kitabı
" Kaş daha öncə oxuyaydım " ,- deyərəkdən təəssüflənirəm. Əslində Ömərdə keçmişimi tapdım ( bu səbəbdən də incələmə verib , özümü deşifre etmək istəmərəm ), Ömər çox sevir , sonda bunu bir daha təsdiq edir. Məcidə isə sevgidən deyil də , çarəsizlikdən onu seçir .( Ən azından mənim düşüncəm belədir ) Ömərdə izah edilə bilməyən və çoxumuzun içində olan bir şey var ; sevir , amma ilk fürsətdə xəyanət edər bəlkə də...Kitabı bir cümlə ilə xülasə etmək olar : Sevgi iradə ilə möhkəmlənmədiyi müddətcə dəniz kənarındakı qum üzərinə yazılmış yazı kimidir , ikinci dalğada mütləq silinəcək...
İçimizdəki ŞeytanSabahattin Ali · Qanun Nəşriyyatı · 2019209,1bin okunma
8/10
·208 syf.··
2022 3. kitabı
·
66 günde okudu
·
Okunma: 05 Haziran 2022 23:19
Dostoyevski sevənləri sevindirəcək bir əsərdi , sanki Qoqolun fantaziyası Dostoyevskinin reallığı ilə qarışdırılıb və ortaya çox gözəl bir kitab çıxıb. Yalnız yaşayan və əylənməkdən uzaq , ülgücü boğazından çəkməyən , amma ölməyə də cəsarət edə bilməyən bir " yalquzağ"ın əyləncə , ehtiras və gülüş dolu bir həyata inteqrasiyasından bəhs edir. Kitabı bitirdikdən sonra özümdə son aylarda baş qaldıran fikiri bir daha da təsdiqlədim - gülümsə , gülümsə və heç nəyi ciddiyə alma .O an gələcək ki , hansısa böcəyin şam yeməyi olacaqsan və bu mütləq olacaq. Belə bir halda hamı üçün ən yaxşı seçim YALQUZAQ olmamaqdı ( baş qəhrəmanı tanıyanda daha yaxşı başa düşəcəksiniz bu yazdığımı ).
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20139,7bin okunma
10/10
·77 syf.··
2021 25. kitabı
·
18 saatte okudu
·
Okunma: 29 Nisan 2021 09:06
Laqeydlik cəmiyyətdə " sağlam " adlandırılan xarakterə və düşüncəyə gətirib çıxarır. Dəli hesab olunmamaq istəyirsənsə laqeyd olmalısan , hər kəs nə edirsə təqlid etməlisən , ən əsası da heç bir ruhi xəstəylə kontakta keçməməlisən ))) #sarkazm
Psikoloji
Altıncı KoğuşAnton Çehov · Karbon Kitaplar · 201887,4bin okunma