Kiçik Spoiler var
Martin Eden – Fərdin Yüksəlişi və Yalnızlıq
Uzun zamandır oxumaq istədiyim, amma hər dəfə yarımçıq qoyduğum Martin Eden kitabını nəhayət bitirdim. Reading slump dövründə oxumaq biraz çətin oldu. Kitabın sonuna çatanda ağlıma bir sual gəldi: “Niyə daha əvvəl oxumadım?” Çünki bu kitab sadə bir oxu təcrübəsi deyil; o, bir insanın içindəki mübarizəni və cəmiyyətin onu necə formalaşdırmağa çalışdığını gözlər önünə sərir.
Martin Eden – Özünü Yaradan Bir İnsandır
Martin, işçi sinfindən gələn, təhsilsiz, amma böyük bir iradə və əzimlə özünü yetişdirməyə çalışan bir gəncdir. Ruth Morse-a aşiq olur və onun dünyasına daxil olmaq üçün özünü dəyişdirmək qərarına gəlir. Gecə-gündüz oxuyur, yazır, hər şeydən xəbərdar olmaq istəyir. Amma əsas sual budur: İnsan başqalarının gözündə qəbul edilən biri olmaq üçünmü çalışmalı, yoxsa öz içindəki boşluğu doldurmaq üçünmü?
Martin, burjuaziyanın soyuq və riyakar dünyasını tanıdıqca, bu dünyaya aid olmadığını anlayır. Müvəffəqiyyət qazandıqca, bir vaxtlar ona əhəmiyyət verməyənlər(bacısı belə) ona heyranlıqla yanaşmağa başlayırlar. Lakin gecdir, artıq Martin üçün bu uğurların heç bir dəyəri qalmır. Onun içindəki boşluq daha da böyüyür.
Martin və Ruth- Eşq, İnanc və Məyusluq
Martin ilə Ruth arasındakı əlaqə kitabın ən maraqlı tərəflərindən biridir.(Məncə) Ruth, Martinin ilham qaynağıdır, amma eyni zamanda ona qarşı etinasızdır. Martin ən çox ehtiyac duyduğu anlarda Ruth ona dəstək vermir. Amma Martin tanınmış bir yazıçı olduqda, Ruthun ürəyi birdən-birə dəyişir. Burada, London sevginin sınaqdan keçdiyi anlarda, gerçək olub-olmadığını aydın şəkildə göstərir.
Kitabın sonunda isə biz Martinin artıq Ruthu sevmədiyini və heç vaxt sevmədiyini anlayırıq. Bəlkə də onun sevgisi yalnız bir məqsədin əsiri olmuşdu. Bəlkə də Martin heç