Unutmadıq!
10 il keçdi.Ancaq yaramızın üstü hələ də qabıq qoymayıb,qoymayacaq.Hər şey dünən kimidir… O qorxu,o həyəcan,o yalvarış,atamın gecəylə bizi evdə tək qoyub səngərə getməsi və yaşaya bilmədiyimiz uşaqlıq illəri… Müharibə bizdən uşaqlığımızı,gəncliyimizi aldı… Müharibə bizdən ən sevdiklərimizi,uşaq vaxtı qazandığımız əmi-dayıları aldı… Müharibə bizdən bir tək atamızı almamışdı.Onuda bir mina apardı… Bu il yas saxlamayacaqsan.Çünki,doğum gününü Şəhid qardaşlarınla birlikdə qeyd edəcəksən,ata…❤️‍🩹🥀 Ruhlarınız şad olsun…🙏🏻🥀

İşıq

@EfruzeEhmedovaaa
·
Aprel döyüşləri
İndiki kimi yadımdadır.2 aprel şənbə günü idi.8-ci sinifdə oxuyurdum.O vaxtı bizdə şənbə günüdə dərs olurdu.Axşamdan çantamızı,dərslərimizi hazırlayıb,səhəri dərsə getmək üçün səbrsizliklə yatdıq.Amma axşam eşitdiyimiz o səslər,atama dayanmadan gələn zənglər,atamın yuxulu-yuxulu zəngləri açıb sonradan müharibə başladığı xəbərini deməsi,əsgərlərin atama zəng edib:-"Dayı təkik nolar gəl yanımıza" demələri... Atam həmin günü bizi evdə qoyub getdi.Səbəbində soruçanda:-"Ordakılarda mənim balamdı axı,onlarında yanında olmalıyam" dedi.Atam hələ evdən çıxmamış qonşuların yavaş-yavaş qəsəbədən çıxdıqların görəndə,hərbiçi övladı olmaq nə deməkdir çox yaxşı anladım.Səhəri diri gözlü açdıq.Qonşumuzda bir qoca kişi var idi.Məhləmizin ağsaqqalı rəhmətlik Qurban kişi.Onlar səhər evdən çıxmağa hazırlaşanda bizə yaxınlaşıb:-"Gəlin bizlə gedək maşında yer var"dedilər,biz isə ağlayaraq atamızı gözlədiyimizi dedik.Baba ağlaya-ağlaya atama zəng edib:-"Xanı,bala mən evdən çıxıram amma uşaqları burda qoyub gedə bilmərəm,deyirəm gedək,deyirlər atamızı gözləyirik" dedi.Atamda: "Siz gedin,yoldayam gəlirəm" dedi.Gəlirəm sözünə nətər sevinmişdik bir bilsəz.Nəhayət atam gəlib çıxdı.Sanki müharibə deyil,çöldə dünya dağılmır kimi,rahatca gəlib evə keçdi.Yemək hazırlayın yeyim dedi.Tez olsun deyə anam yumurta bişirdi.Heç bəlkədə o yumurtanı nətər yedi özüdə bilmədi.Bitirəndən sonra üzümüzə baxıb "çıxmaq istəyirsiniz evdən?"dedi.Bizdə sakitcə başımızı salladıq.Gülərək"səy uşağı nədən qorxursunuz,siz mənim balalarımızsınızey"dedi.Amma nəhayət bizi evdən çıxardı.Çox uzağa apardı desəm yalan olar.Qonşu kənd Üçoğlana,rəhmətlik babamın evinə apardı.Bizi onlara,onlarıda Allaha əmanət edib,görüşüb kənddən çıxdı.2 günü orda keçirdik.Aprelin 5i atamın doğum günü idi deyə şirniyyat falan bişirib guya səhəri
Düşünce
1918-ci ilin mart-aprel aylarında baş verən Mart soyqırımı Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri kimi yadda qalıb. Həmin dövrdə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə günahsız insan amansızcasına qətlə yetirildi, yaşayış məntəqələri viran qoyuldu, mədəni və dini abidələr dağıdıldı. Bu hadisələr təkcə fiziki məhvetmə deyil, həm də xalqın tarixinin, mədəniyyətinin və milli yaddaşının silinməsinə yönəlmiş planlı bir soyqırımı siyasəti idi. Qadınlar, uşaqlar və yaşlılar belə bu vəhşilikdən xilas ola bilmədi. Xüsusilə Quba bölgəsində aşkar edilən kütləvi məzarlıqlar həmin dövrün dəhşətlərini bu gün də sübut edən canlı tarixdir. Uzun illər bu faciəyə siyasi qiymət verilməsə də, yalnız 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanan fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu və bu hadisələrə rəsmi hüquqi-siyasi qiymət verildi. Bu gün biz həmin faciənin qurbanlarını dərin ehtiram və hüznlə yad edirik. Onların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Tarixi unutmaq yox, onu xatırlamaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Unutmadıq. Unutmayacağıq.
Etimoloji Defteri
Mücellit Nedir ?
Bu Genosiddir! / Bu bir soykırım!
Xocalı faciəsi 26 fevral 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı baş vermişdir. Şəhər mühasirəyə alınaraq dinc əhaliyə qarşı kütləvi hücum həyata keçirilmişdir. Rəsmi məlumatlara əsasən: 613 nəfər qətlə yetirilmişdir (onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi), 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi uzun müddət naməlum qalmışdır. Şahid ifadələrinə və araşdırmalara görə, mülki şəxslər qaçmağa çalışarkən xüsusi amansızlıqla öldürülmüş, bir çox insan işgəncələrə məruz qalmışdır.Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər… Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış ağır bir humanitar faciədir. Hər il 26 fevral tarixi ölkə üzrə anım günü kimi qeyd olunur. 🖤 Xocalını unutmadıq, unutdurmayacağıq🥀 Hocalı Katliamı, 26 Şubat 1992 tarihinde Birinci Karabağ Savaşı sırasında yaşanmıştır. Hocalı kasabası kuşatma altına alınmış ve kaçmaya çalışan sivil halka yönelik saldırılar gerçekleştirilmiştir. Resmî açıklamalara göre: 613 sivil hayatını kaybetmiştir (63 çocuk, 106 kadın, 70 yaşlı), 1275 kişi esir alınmış, 150 kişinin akıbeti uzun süre belirlenememiştir. Tanık ifadelerine göre siviller ağır işkencelere maruz kalmış, birçok kişi soğuk hava şartlarında hayatını kaybetmiştir.Bu suçta, 56 kişi özellikle acımasız ve gaddarca bir şekilde öldürüldü. Diri diri yakıldılar, başları kesildi, yüzleri yüzüldü, bebeklerin gözleri oyuldu, hamile kadınların karınları süngülerle açıldı. Ermeniler cesetlere bile hakaret ettiler... Hocalı’da yaşananlar, Azerbaycan halkının hafızasında derin bir acı olarak yer
XOCALI SOYQIRIMI
1992-ci ilin fevral gecəsi Xocalıda günahsız insanlar amansızcasına qətlə yetirildi. 613 nəfər – körpələr, analar, qocalar güllələndi, diri-diri yandırıldı, işgəncələrə məruz qaldı. Bir gecədə bir şəhər yox edildi, ailələr məhv oldu, arzular yarımçıq qaldı. Xocalı təkcə Azərbaycanın deyil, bəşəriyyətin qan yaddaşıdır. Unutmadıq və unutdurmayacağıq!
Son dəfə ailələri ilə danışdılar və sonra...dediyim kimi son danışıqları oldu... Kimisi Oğul,kimisi Qardaş,kimisi Yoldaş,kimisi Ata,kimisi nişanlı,kimisi isə heç üzün görmədiyi,amma yaşama səbəbini məhz ona borclu olduğunu bildiyi birini gözləyəcək... Unutmadıq!Unutmayacayıq! #Vətənim 7 il öncə qara bağladı...
Düşünce