Vasif Məmmədli

Vasif Məmmədli
255 okur puanı
Ağustos 2022 tarihinde katıldı
8/10
·112 syf.··
Beğendi
·
2023 7. kitabı
Bu kitab bir Qaǧayının mübarizǝ hekayǝsidir; mǝhdudiyyǝtlǝrlǝ, “olmaz”larla barışmayan, yalnız yemǝk üçün uçmaq istǝmǝyǝn, daim yüksǝklǝrǝ can atan vǝ nǝhayǝt buna nail olan bir Qaǧayının, hǝm dǝ hǝr birimizin daxilindǝ yaşayan gerçǝk Qaǧayının. Əsǝri oxuduqdan sonra daha dǝniz kǝnarındakı qaǧayılara adi quş kimi baxa bilmǝyǝcǝksiniz, hǝmişǝ xoş hisslǝrlǝ Conatanı xatırlayacaqsınız vǝ hǝm dǝ onun sizǝ öyrǝtdiklǝrini.
Qağayı Conatan LivinqstonRichard Bach · Parlaq İmzalar-Simurq Nəşriyyatı · 201980bin okunma
Spoiler var!
9/10
·128 syf.··
Beğendi
·
2023 8. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Nisan 2023 00:59
Mixail Bulqakovun “İt ürəyi” povesti öz dövrü ilə yanaşı, bütün zamanların kəskin satirik fantastikasının nəfis nümunələrindən biridir. Bulqakov bu əsərində insanın təkamül qanunlarına müdaxilə edib-etməməsi və bunun nə ilə nəticələnəcəyi ilə bağlı ideya və düşüncələrini əks etdirib. Povestdə süjetin inkişaf xətti professor Preobrajenskinin uğursuz bir təcrübəsi üzərində qurulub: o, küçə iti Şariki insana çevirmək qərarına gəlir. Buna görə də, köpəyə əyyaş, tüfeyli və davakar Klim Çuqunkinin hipofizini köçürür. Əməliyyat uğurlu keçir və tamamilə “yeni insan” dünyaya gəlir – müəllifin qələmində Poliqraf Poliqrafoviç Şarikov yeni sovet proletariatının ümumiləşdirilmiş obrazıdır. Spoiler var! “Yeni insan” – qaba, həyasız, riyakar xarakteri, ədəbsiz davranış tərzi, son dərəcə xoşagəlməz, eybəcər görkəmi ilə fərqlənir və intellegent, ziyalı professorla onun arasında tez-tez münaqişələr baş verir. Şarikov professorun mənzilinə qeydiyyata düşməkdən ötrü (ki, buna tam haqqı olduğunu hesab eləyir) həmfikiri və ideoloji müəllimi, evlər komitəsinin sədri Şvonderdən dəstək alır, hətta özünə iş də tapır: küçə pişiklərini tutmaqla məşğul olur – bu da gələcəkdə baş verəcək faciələrin bir növ alleqoriyası idi. Təzə meydana çıxmış Poliqraf Şarikovun hoqqaları ucbatından ağlını itirmək dərəcəsinə çatmış professor hər şeyi əvvəlki halına qaytarmaq, Şarikovu təkrar köpəyə çevirmək qərarına gəlir. Faktini özünün yaratdığı canlını öldürür.
İt ÜrəyiMihail Bulgakov · Qanun nəşriyyatı · 025,6bin okunma
Oxuyun, oxutdurun.
10/10
·104 syf.··
Beğendi
·
2023 5. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Nisan 2023 01:03
Kitabı çox bəyəndim. Bu şairin yazdığı hər bir rübaisi dərin məna kəsb edir. Hər rübaisi sanki insana bir həyat dərsi verməyə, özünü düşünməyə, öz mənəvi aləmini zənginləşdirməyə, özünü, təbiətini anlamağa təhrik edir. Bu kitabdan olduqca çox alıntılarım oldu, lakin bir qismini burada paylaşdım. Oxumayanlar üçün deyim ki, az da olsa, ərəb-fars sözlərindən xəbərdar olmalısınız. Əks təqdirdə rübainin sizə nə anlatmaq istədiyini başa düşməkdə çətinlik çəkəcəksiniz. Kitab oxuduğum şeir kitabları arasında özünəməxsusluğu ilə ən öndədir. Bu kitab mənim həyatımda çox önəmli rol oynayır.
Rubai
RübailərÖmer Hayyam · Lider Nəşriyyat · 200427,8bin okunma