Ruzin ki əzəldən nə qədər qismətdir,
Bir zərrə də olmaz o nə artıq, nə kəsir,
Bir şey ki yoxundur, qəmini çəkmə onun,
Bir şey ki varındır, ona da olma əsir.
Mey içməli, mey fərəh saçır qəlbimizə,
Mey məclisi ən xoş tamaşa, səhnə bizə,
Bir yerdə ki mey, mütrib ola, məşuq ola
Ordan daha xoş yer ola bilməz ki sizə.