Bilirsən, biz çox düşünürdük ki, nizə məhz Azərbaycan? Niyə sonuncu qəhrəman burdan çıxmalı idi? Axır anladıq ki, onun gəlməyi üçün bundan yaxşı yer ola bilməzdi. Çünki Azərbaycan dünyanın mərkəzində yerləşir. Nə Şərqdir, nə Qərb. Nə İslam ölkəsidir, nə Xristian ölkəsi. Nə inkişaf etmişdi, nə geridəqalmış. Nə ənənəyə bağlıdır, nə müasir. Azərbaycanın ideologiyası yoxdur. Bax bizim bircə fikrimiz var. Qarabağı qaytarmaq. Başqa heç nə. Azərbaycanlıları birləşdirəm başqa heçnə yoxdur. İndi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Həə... Bəs sonra ? Sonra nə eləmək lazımdır? İnkişaf eləmək ? Bu ideologiya ola bilər ? İnkişaf... Demokratiya ? Yoxsa nə ? Nə istəyir azərbaycanlılar ? Özləri bilir ? -YOX
Hələ bir valideyn görməmişəm ki, uşağına desin - sən mənə heçnə ilə borclu deyilsən. Çünki mən səni dünyaya gətirəndə səninlə heçbir kontrakt imzalamamışam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünün yeddinci mərtəbədən. Bu Sənin Həyatındır.