Bəs hissləri boğmaq nə deməkdir?
İstəmədiyiniz həyatı yaşamaqdır. Olmaq istəmədiyiniz adam olmaqdır. Bu özünüzü "xaraba qoymaq", dağıtmaqdır. Bu intihardır, əlbəttə, tədricən intihardır. Yavaş-yavaş özünüzü zəhərləmədir.
Hisslərinizi ifadə etmək - həyatdır. Hisslərinizi boğmaq intihardır.
Əgər siz beyninizdəki müəyyən emosiyanı dərk edirsinizsə sizin dərk etməyinizlə o emosiya "həll olunur". Bu, mənfi emosiyadır. Amma əgər siz bu emosiyanı dərk edəndən sonra da həmin emosiya olduğu kimi qalırsa, bütün varlığınıza yayılırsa bu müsbət emosiyadır.