Veronica

Veronica
@veronica555
Azərbaycan
6 okur puanı
Şubat 2023 tarihinde katıldı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
"Dürüst və gözəldir!"
6/10
·244 syf.·
Beğendi
·
2023 3. kitabı
Əslində şəxsi inkişaf kitablarını oxumağı çoxda sevmirəm. Mən daha çox romanları oxumağa üstünlük verən tiplərdənəm amma təbii ki zövqlər müxtəlif olduğu üçün bu növ kitablara üstünlük verənlərdə var. Düzü,bütün kitablar qiymətlidir,çünki faydasız kitab yoxdur,faydasız olan kitab oxumamaqdır. Bu kitabla təxminən 4 ay əvvəl tanış oldum,öz kitabxanamdakı kitabları oxuyub bitirdiyim üçün bacımın kitabxanasında bu kitabı gördüm və həmin axşam oxumağa başladım.Kitabın mövzusu yazıçının bir zamanlar ağır depresiyada olub sonradan bu zərərli psixoloji vəziyyətdən çıxma yollarını göstərir. Bu vəziyyətdə olan insanların oxumağını tövsiyə edirəm. Kitabla qalın
Kişisel Gelişim
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20182,680 okunma
10/10
·448 syf.·
Beğendi
·
2023 2. kitabı
Düşünürəm ki kitabları oxuyanda özünü o əsərlərin içində hiss edən tək mən deyiləm. Sanki bir anlıq bu dünyadan bir neçə dəqiqəlik hətta bir neçə saatlıqda olsa uzaqlaşıram. Mənim üçün hər yeni kitaba başlamaq bir müddətlikdə olsa başqa bir həyatda yaşayacağım anlamına gəlir. Elə əsərlər olur ki təsirindən uzun müddət çıxmaq olmur. Bəziləri bizi çox düşündürür,bəziləri güldürür,həyatı sevməyin vacibliyini vurğulayır,hətta bəzən ağladır. Düzü,məni ağlada biləcək çox az sayda əsər var. "Çərpələng Uçuran"da o nadir əsərlərdən biridir. Kitabın mövzusu dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqında olsa da ,fikrimcə,kitabın bu qədər təsir edici olmasının əsas səbəbi əsərin insan hekayəsi üzərində qurulmasıdır. Elə buna görə də bu kitabı oxuyan hər kəs kitabdakı duyğulara reaksiya verir. Oxumağı çox tövsiyə edirəm. Kitabla qalın
Roman
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,2bin okunma
Bütün xəstəliklər zehində başlayır.
8/10
·288 syf.·
Beğendi
·
2020 1. kitabı
2020-ci il. Karantinə təzə çıxmışdıq,təsadüfən bu kitabla qarşılaşdım. Əslində bilirəm təsadüf deyilən bir şey yoxdur,amma nədənsə hər dəfə başıma gələn hadisələri təsadüf adlandırıram. Sadəcə kitabın adı diqqətimi çəkmişdi, mövzu iləsə heç yaxınlığım yox idi, amma kitabı oxuduqca ordakı çox cümlənin həyatımda baş verən hadisələrlə əlaqəli olması məni kitaba dahada yaxınlaşdırırdı və kitabı oxuduqca orda deyilənləri düşünürdüm. Həqiqətən mi bütün həyatımız sadəcə düşüncələrimizdən ibarətdir?Əgər elədirsə onda həyatımızdakı hər şeyi dəyişdirmək bu qədər asandı? Bəs insanın taleyi? Kitabı oxumağı çox tövsiyə edirəm,içindəki cümlələr reallığı əks etdirir amma sizdə mənim kimi 2 seçim arasında qala bilərsiz; Həyatımızı dəyişdirmək bizim əlimizdədir yoxsa biz sadəcə bizim üçün yazılan taleyi yaşayırıq? Hansına istəsək inana bilərik,amma həmişə hər baş verən hadisənin bizim üçün mütləq xeyirli olacağını unutmayaq. Kitabla qalın
Şuuraltı
Şüuraltının GücüJoseph Murphy · Qanun Nəşriyyatı · 201918,5bin okunma