Veronica

Veronica
@veronica555
Azərbaycan
6 okur puanı
Şubat 2023 tarihinde katıldı
7/10
·74 syf.·
2020 2. kitabı
Frans Kafkanın ilk dəfə 1915-ci ildə nəşr olunan bu hekayəsi, Qreqor Samsanın bir səhər özünü nəhəng böcəyə çevrilmiş vəziyyətdə tapması, təkərlərdə ilişib qalmış, daxili aləmində öz varlığını qorumağa çalışan böcək obrazı ilə başlayır. Azadlığını yaşatmaq, sıxılmış və əsarətə düşmüş bir insanın həyatdakı mübarizələrini ifadə edir. Qreqor indi böcək kimi azaddır. Müdiri indi onu işə çağırmaq üçün zəng etmir. Ailəsinin ondan heç bir gözləntisi yoxdu ,ancaq maddi gücü ilə ayaqda qalmağa çalışan ailəsi ona əvvəlki kimi sevgi və şəfqətlə yanaşmayacaqlar. Kitabla qalın
Roman
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,6bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·216 syf.·
2019 1. kitabı
Çox pis bir təsadüflə başladığım əsər məni özünə valeh etdi. Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir. Bu qərarını o, iki cür əsas-landırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür. Amma cəhdi uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır. İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur. Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur. Səhər açılanda Veronika isə... Qısaca bu dünyada heç nə təsadüfən baş vermir. Niyyətlə əməl atasında həmişə bir məsafə var. Kitabla qalın!
Veronika Ölmek İstiyorPaulo Coelho · Can Yayınları · 2020102,3bin okunma
Səni kitab oxuyan insanlarla tanış edəcəm. Həyat ancaq belə insanlarla bir araya gəlirsənsə yaşamağa dəyər...🌸 Jack London
Yaxşı dostlar, yaxşı kitablar və bir də hüzurlu bir vicdan, bax budur ideal həyat.👌 Mark Twain