Uzun müddətdir ki incələmə yazmıram. Düzü yazmaq fikrim də yox idi. Ta ki bu kitabı oxuyub gecə yata bilməyənədək..
Qadın, azadlığı, görünüşü, deyimi, demək olar ki bunlar haqqında hər şey deyilib. Artıq bu mövzular haqqında nəsə eşitdikdə sadəcə içimdə əsəbiləşib şiddətlə bezirəm. Əlimdə olsa insanların yadından bu mövzuları çıxardaram. Söylənmiş bütün cümlələr anlamsızdır. Amma yazıçının yaşadığı zamanı nəzərə alsaq, bu mövzular həmin zaman üçün aktuallığını qoruyur.
Anlayışlar & Fikirlər:
Kitabın qısa məzmununa baxsaq bir kişi tərəfindən məcazi və ya gerçək anlamda evə həbs olmuş bir qadın və onu ortalığa çıxarmaq istəyən və özünü azad hesab edən başqa bir qadın var. Düzü kitabı almazdan qabaq əsəri qüvvətli zənn edirdim. Hətta oxuduqda bəzi yerlərdə həqiqətən də güclü əsərdir deyirdim. Lakin Cəfər Cabbarlının da qadın azadlığını soyunmaqda və istədiyini etmə arzusunda düşündüyünü gördükdən sonra yenə əsəblə qarışıq bezmə hissi gəldi. Kitabdan gözləntim, Azərbaycan ədəbiyyatının güclü qadın obrazı ilə qarşılaşacağım idi, nəticə isə mənasız düşüncələr oldu. Sevil obrazının özünü azadlığa çıxdığını zənn etdikdən sonra Balaşla danışığı başdan-ayağa gülünc cümlələr idi. Kitabın ən məşhur sitatlarından olan "Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür." cümləsi bəlkə də işlənəcək ən son məqamda özünü göstərib. Bir qadının fahişəlik edib, hər cür əxlaqsızlığa əl atdıqdan sonra, birisinin onu əxlaqsız, namussuz adlandırmasının üzərinə belə bir cümlə yazmaq, üzrlü sayın amma, uşaqca belə deyil. Düşünün ki, bir insan başqasını öldürür və başqa bir nəfər ona vicdansız deyir. Həmin qatil isə "Vicdan! Ha... ha... Nədir vicdan?.. Yalnız başqasını öldürənlərin daşıyacağı bir yükdür." deyir. Bu qədər mənasızdır. Yanlış anlaşılmasın sitatın özü çox