Səbr edər bir qadın.. Yaxşılığa doğru sonsuz ümidləri üçün səbr edər. Hər şeyin yaxşı olacağına inam yaxşı hiss etdirdiyi üçün səbr edər. Bir qadın ana olduğu üçün səbr edər. Bir qadın cahil cəmiyyətdə cəsarətli olmaqdan qorxduğu üçün səbr edər. Bir qadın hansısa kişinin şərinə düçar olmamaq üçün səbr edər. Bir qadın sadəcə xöşbəxt olmaq üçün səbr edər. Bütün arzularının üstündən xətt çəkə bilər, özünü unuda bilər, özünü qurban verə bilər.. Bir qadın hansısa gözəgörünməz varlığa inandığı üçün, onun mərhəmətinə inandığı üçün səbr edər. Bir qadın Allahın vasitəsi ilə insan yarada bilər. Bir qadın sonsuz zillətlərə tab gətirə bilər. Təhqir oluna bilər bir qadın qürurunu udar susar bir qadın.. Kişilər ağlamaz deyib hər zaman özü ağlayar qadın. Bədbəxtçiliyindən şikayətlənməkdən qorxar, nankor adı ilə damğalanmasın deyə qadın. Bir qadın doğular. Doğulmağına belə o qədər sevinilməz qadının. Çərçivələrlə böyüdülər qadın. Yalnız qadınlar üçün sərt nizam intizam və qınağın olduğu cəmiyyətdə böyüyər qadın. Qadın dözümlülük və hər şeyə göz yuman insan simvoluna çevrilər. Bərkdən gülmək olmaz qadına, çox gülmək olmaz qadına.. Halbuki nə qədər yaraşır bir qadına gülmək, ən azı xöşbəxtlik qədər yaraşır.. Qadın uşaqdır, qadın anadır, qadın sizləri düşünəndir, canından can verəndir, sənə can verəndir..