Kitabın əsas mövzusu fərqli həyatlar yaşasalar da bir gün yolları kəsişən 2 qadından - Məryəm və Leyladan bəhs edilir. Məryəm 15 yaşında ikən 45 yaşında Rəşidlə məcbur evləndirilir. Məryəmin ən çətin həyatı da elə bundan sonra başlayır. Leylaya gəkdikdə isə o tam uşaqlıq həyatı yaşayarkən müharibə onun həyatını tamamilə dəyişir. O da 14 yaşı olanda Rəşidlə evlənir. Bu iki qadın əvvəl bir-birinə nifrət etsə də sonra əslində onların eyni taleli olması onları barışdırır və onlar bərabər mübarizə aparmağa başlayır. Məryəm Leylanı qızı kimi görür və onun bu çirkin həyatdan qurtulmasını istəyir. Kitab başdan - başa maraqla oxuyacağınız səhnələrlə doludur, inanın. Ümumiyyətlə, onu deyim ki, kitab oxumaq istəyib "Maraqlı kitab olsun, kitaba daha da həvəslənim" deyənlər üçün Xalid Hüseyni kitabları möhtəşəm başlanğıcdır.l
Kitabdan mənə maraqlı fikirləri sizlərlə bölüşürəm.
" Adamlar öz sevgilərini əvvəlki uşaqlarına verirlərsə, sonrakı uşaq nəyinə gərəkdir onların?!"
" Yadında saxla qızım, həmişə şimalı göstərən kompas kimi kişinin günahlandıran barmağı da mütləq bir qadını işarə verər"