Anna Karenina
Kitab bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın çətinliklərinə toxunur. Kitabı əlinizə alan kimi elə ilk sətirləri sizi kitabı oxumağa yönəldəcək " Bütün xöşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir " Əsər Oblonskilərin evində xəyanət xəbəri ilə başlayır, ailə başçısının xəyanəti ailəni kökündən silkələyir.
Anna obrazı hisləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadındır. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti.. Amma o bunlardan imtina edir. O aşiq olur və bununla da hər şey çətinləşir. Bu obraz mənə görə çox ziddiyətlidir. Başına gələnlərə görə yazığınız da gələcək hətta bəzi məqamlarda haqq belə qazandıracaqsız, sevgilisi üçün hətta oğlunu belə atmasına görə isə nifrət edəcəcəksiz. Tolstoy qəhrəmanlarında bir nüansı sevirəm. O heç vaxt ideal obraz yaratmağa çalışmır, əksinə tam təbii obraz yaradır; səhfləri və düzləri ilə.
Bir də əgər Tolstoydan kitab oxumamısınızsa onun haqqında bir neçə faktı paylaşıram ki, seçimi özünüz edəsiniz.
Tolstoy 1800 səyfəlik kitabı çox qısa müddətə yazaraq dünyanın ən uzun kitabları müəlliflərindəndir. Açıqlaması isə belə olmuşdu " Bağışlayın ki, uzun yazıram, qısa yazmağa vaxtım yoxdur :) "
Tolstoy Rusiyanın 2 ən məşhur yazarından adı daha qısa olanıdı :)
Xiristiyanlığı yerin dibinə soxub, İslamı göylərə qaldırdığını o qədər gözəl gizlətmişdirki, yazdığı Hz. Muhammed kitabı Rusiyada hələ də tapılmır.
"Hərb və sülh" kitabı ilə dünayaya çatdırdı ki, bir müharibəni onun qədər canlı, yaşanmış yazan yazar yoxdur.
Çox sadalaya bilərəm amma zamanınızı çox almayım. Kitabı mütləq oxumağı tövsiyə edirəm.