Gulnara Khaled

Gulnara Khaled
@worman
Azərbaycan
Azərbaycan
11 okur puanı
Şubat 2021 tarihinde katıldı
Səbr edər bir qadın.. Yaxşılığa doğru sonsuz ümidləri üçün səbr edər. Hər şeyin yaxşı olacağına inam yaxşı hiss etdirdiyi üçün səbr edər. Bir qadın ana olduğu üçün səbr edər. Bir qadın cahil cəmiyyətdə cəsarətli olmaqdan qorxduğu üçün səbr edər. Bir qadın hansısa kişinin şərinə düçar olmamaq üçün səbr edər. Bir qadın sadəcə xöşbəxt olmaq üçün səbr edər. Bütün arzularının üstündən xətt çəkə bilər, özünü unuda bilər, özünü qurban verə bilər.. Bir qadın hansısa gözəgörünməz varlığa inandığı üçün, onun mərhəmətinə inandığı üçün səbr edər. Bir qadın Allahın vasitəsi ilə insan yarada bilər. Bir qadın sonsuz zillətlərə tab gətirə bilər. Təhqir oluna bilər bir qadın qürurunu udar susar bir qadın.. Kişilər ağlamaz deyib hər zaman özü ağlayar qadın. Bədbəxtçiliyindən şikayətlənməkdən qorxar, nankor adı ilə damğalanmasın deyə qadın. Bir qadın doğular. Doğulmağına belə o qədər sevinilməz qadının. Çərçivələrlə böyüdülər qadın. Yalnız qadınlar üçün sərt nizam intizam və qınağın olduğu cəmiyyətdə böyüyər qadın. Qadın dözümlülük və hər şeyə göz yuman insan simvoluna çevrilər. Bərkdən gülmək olmaz qadına, çox gülmək olmaz qadına.. Halbuki nə qədər yaraşır bir qadına gülmək, ən azı xöşbəxtlik qədər yaraşır.. Qadın uşaqdır, qadın anadır, qadın sizləri düşünəndir, canından can verəndir, sənə can verəndir..
Hayat
Kitabın əsas mövzusu fərqli həyatlar yaşasalar da bir gün yolları kəsişən 2 qadından - Məryəm və Leyladan bəhs edilir. Məryəm 15 yaşında ikən 45 yaşında Rəşidlə məcbur evləndirilir. Məryəmin ən çətin həyatı da elə bundan sonra başlayır. Leylaya gəkdikdə isə o tam uşaqlıq həyatı yaşayarkən müharibə onun həyatını tamamilə dəyişir. O da 14 yaşı olanda Rəşidlə evlənir. Bu iki qadın əvvəl bir-birinə nifrət etsə də sonra əslində onların eyni taleli olması onları barışdırır və onlar bərabər mübarizə aparmağa başlayır. Məryəm Leylanı qızı kimi görür və onun bu çirkin həyatdan qurtulmasını istəyir. Kitab başdan - başa maraqla oxuyacağınız səhnələrlə doludur, inanın. Ümumiyyətlə, onu deyim ki, kitab oxumaq istəyib "Maraqlı kitab olsun, kitaba daha da həvəslənim" deyənlər üçün Xalid Hüseyni kitabları möhtəşəm başlanğıcdır. Kitabdan mənə maraqlı fikirləri sizlərlə bölüşürəm. " Adamlar öz sevgilərini əvvəlki uşaqlarına verirlərsə, sonrakı uşaq nəyinə gərəkdir onların?!" " Yadında saxla qızım, həmişə şimalı göstərən kompas kimi kişinin günahlandıran barmağı da mütləq bir qadını işarə verər"
Edebiyat
Müəllifin sayca 16-cı kitabıdır. Deyərdim ki, qismən aftobioqrafikdir. Bu romanda macera dolu romantika ilə komediyan bir araya gətirilib. Birinci romanındakı Polu bu romanda da izləyirik. Ancaq fərqli ampulada. Qısacası, təsəvvür edin ki, rəfiqəniz sizin yerinizə tanışlıq saytında qeydiyyatdan keçir, sizin əvəzinizə bir insanla tanış olur və sizi onunla görüşdürür. Reaksiyanız necə olar? Amma onu da deyim ki, o rəfiqənin sayəsində 2 insan bir-biri üçün yaradıldığını dərk edir. Pol yazıçılıqdan başını götürüb qaçan yazar, Mia isə problemlərdən başını götürüb qaçan aktrisa )) Bu kitabdakı gəlinən qənaət çox xoşuma gəldi: Şərt deyil ki, qadın və kişi bir - birinə yaraşa. İnsana geyim, ayaqqabı yaraşa bilər. Cütlük ola bilməsi üçün qadın və kişi bir-birini tamamlamalıdır. Bir-biri ilə dərdləşməli, gülməli, ağlamalı və qarşılıqlı anlaşma olmalıdır. Bir sözlə, oxumağıma peşman olmadım. Əksinə, qadın və kişi psixologiyasında, yaşayışında bilmədiyim bəzi nüansları öyrəndim. Xoş mütailələr!
Edebiyat

Gulnara Khaled

, bir kitap okudu
Puan vermedi·344 syf.·
2021 4. kitabı
Marc Levy
8/10 · 188 okunma
- Həyatına qonaq olduğum növbəti qadın çətin həyat yolu və qırılmaz ümidi ilə V. Diriedir. Yaxşısı və pisi ilə həyat hekayəsini qələmə alan Varis, bu kitabla məni təəcübləndirdi və duyğulandırdı. Bir səhra köçərisindən məşhur modelliyə, səfirliyə uzanan, ancaq yaşayanın anlaya biləcəyi kədərli hadisələrlə dolu həyat hekayəsi sizlərə çox şey öyrədəcək. O sizə necə model olmağı öyrətmir. O sizə qadın olmaqdan danışır. Dəfələrlə cinsi təziqlərə məruz qalması üstəlik bunların içində hələ də insan olanın ağlının dərk edə bilməyəcəyi pedofili də var, onu qadın olmaqdan utandırmır. Çünki ona və milyonlarla qasına unudulmaz travmalar yaşadanlardır utanmalı olan. Varis 5 yaşında qadın sünnətinin qurbanı olur,13 yaşında olanda 65 yaşlı kişiyə 5 dəvə qarşılığında verilir. Və o bu səhralardan qaçır. Bununla onun çətinlikləri bitmir; həyatının 2ci hissəsi başlayır. Səhradan Bostona, Parisə və bir çox ölkələrə uzanan bir hissə. Varis dünyaya qadın sünnətinin dəhşətini tanıtdı. İlk dəfə bu sözü eşidəndə mənə maraqlı gəldi. Qadın sünnəti?! Bəli, bu birbaşa gender soyqrımıdır hətta. Məncə oxuyun və özünüz qiymət verin. Xoş mütaliələr!