Salamlar Yeni kitab rəyimi paylaşacam sizinlə.. Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş bir epopeyadır. Kitabın dili qəliz olsa da, kitabdakı bəzi fikirləri bəyəndim Onu da deyim ki, əgər hələ fəlsəfi kitab oxumamısınızsa bu kitabla başlamağı tövsiyyə etmirəm )) Kitabdan sevdiyim sitatları sizlərlə bölüşürəm..
- O adamları sevirəm ki, dünyaya kor gəlib, kor getməsinlər. Həyatdan bir şey anlasınlar. Öləndə də arxayın olsunlar ki, ruhlarını az da olsa kamilləşdirə biliblər.
- Dağlarda ən kəsə yol zirvədən zirvəyə gedən yoldur; amma bunun üçün uzun ayaqların olmalıdır.
- Çox özünə umac ova bilməyənləri dostları üçün əriştə kəsən gördüm.
- Düzdür, biz həyatı sevirik; həyata deyil, sevgiyə alışdığımız üçün.
- Yer üzü artıq adamlarla doludur; ifrat çoxluqdur həyatı korlayan.
- O adamları sevirəm ki, gələcək qarşısında məsuliyyət, keçmiş qarşısında etiram, indinin önünüdə fədakarlıq duysun.
Beləcə bir kitabın da sonuna gəldim. Kitabı oxuyub bitirsəm də, təəsüratı uzun müddət mənimlə qalacaq Xoş mütailələr..