9/10
·496 syf.··
Beğendi
·
2026 61. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Haziran 2026 00:00
"Qürur və Qərəz" çox maraqlı bir əsərdir. Mən kitabı oxumazdan əvvəl onun filminə baxmışdım. Belə bir qənaətə gəlmişəm ki, film keyfiyyətli çəkiləndə əvvəlcə ona baxıb, sonra kitabı oxumaq daha yaxşıdır. Bu halda hər ikisindən də zövq alırsan. Filmin gözəl ab-havası var idi və məndə çox xoş təəssürat yaratmışdı. Kitabı oxuyanda da film və oradakı obrazlar birbaşa gözümün önündə canlanırdı. Xoşbəxt sonluqla bitən əsərlərin yeri bir başqa olur. Çünki insana tamamlanmışlıq hissi verir və geridə nə yarımçıqlıq hissi, nə də kədər izi qalır. Süjet boyu müxtəlif mərhələlərdən keçdikdən sonra, sonda hadisələr elə cərəyan edir ki, hər şey gəlib tam yerinə oturmuş olur. Əsərdə o dövrün ingilis cəmiyyəti, insanların düşüncə tərzi və mədəniyyəti çox yaxşı işlənib. Kitabı oxuduqca istər-istəməz həmin dövrün İngiltərəsinə səyahət etmiş olursan. "Qürur" və "Qərəz" anlayışlarına gəldikdə isə, qısa desəm, bu anlayışlar Mister Darsinin Hertfordşir qraflığına gəlişi və oradakı davranışlarının Elizabet və onun ailəsində doğurduğu düşüncələrdən formalaşıb. Onlar Mister Darsini qürurlu hesab edirdilər və bu səbəbdən də ona qarşı qərəzli yanaşırdılar. Hadisələrin gedişatı boyunca isə bu qürur və qərəzin zamanla necə aradan qalxdığını görürük. Görünən odur ki, bir insan haqqında sahib olduğumuz doğru biliklər artdıqca, mühakiməmiz də daha düzgün olur. Özünəməxsus aurası olan bu kitab mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq. Jane Austen Qürur və Qərəz
1000Kitap
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 098bin okunma
9/10
·852 syf.··
2026 108. kitabı
·
1 saatte okudu
·
Okunma: 10 Mayıs 2026 14:31
Etiraf edim ki, romanın başlanğıcı mənim üçün bir qədər ağır oldu. Dostoyevski hadisələri çox ətraflı, az qala ləng təqdim edir. Amma bu lənglik aldadıcıdır. Çünki o, sanki məni Karamazovların qaranlıq dünyasına hazırlayır. Bir neçə fəsil keçəndən sonra mən artıq özümü o kiçik rus şəhərində, Fyodor Pavloviçin iyrənc evində hiss etdim. Mənə elə gəlir ki, Dostoyevskinin əsas məharəti budur: o, qəhrəmanlarını o qədər canlı yaradır ki, sən onlara nifrət edirsən, sonra onlara acıyırsan, sonra isə bir qəribə hiss edirsən – onların sənin öz qorxulu tərəflərin olduğunu anlayırsan. Mənim üçün əsas münaqişə: İvan və onun şeytanı Bilirsiniz, mən romanda ən çox İvan obrazına bağlandım. Yox, ona heyran deyiləm – o, məni qorxudur. Çünki İvan çox ağıllıdır. O, “Əgər Tanrı yoxdursa, hər şey icazəlidir” deyir. Mən bu cümləni eşidəndə düşündüm: bəs həqiqətən də, əgər mən də inancımı itirsəm, məni nə saxlayacaq? Dostoyevski İvanın bu fəlsəfəsini Smerdyakovda reallaşdırır – Smerdyakov atasını rahatlıqla öldürür, çünki onun üçün heç bir əxlaqi qadağa yoxdur. Mənim ən çox təsirləndiyim hissə “Böyük inqvizitor” idi. İvan Alyoşaya deyir ki, Məsih insanlara azadlıq verdi, amma insanlar bu azadlığın öhdəsindən gələ bilmir. Bəlkə də həqiqətən də, insanlar istəyir ki, onlara nə edəcəklərini desinlər? Amma mən buna qarşıyam. Mən düşünürəm ki, azadlıq əzab çəkməyə dəyər. Amma... İvanın bir başqa arqumenti var: günahsız uşaqların əzabı. Buna görə o, Tanrının dünyasını “qəbul etmir”. Mən də çox düşünmüşəm bu məsələ üzərində. Həqiqətən, bu dünyada niyə bu qədər ədalətsizlik var? Dostoyevski dəqiq cavab vermir. Və bəlkə də bu yaxşıdır – çünki dəqiq cavab olmayanda düşünməyə davam edirsən. Dmitri – ehtirasın əsiri, amma saf ürəkli. Dmitri mənə elə gəlir ki, ən “rus” obrazdır. O, həddindən artıq
Edebiyat & Roman
Karamazov QardaşlarıFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201445,4bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
10/10
·80 syf.··
Beğendi
·
2026 2. kitabı
Bəzən elə sətirlər oxuyarsan ki, müəllif sanki sənin hələ kimsəyə demədiyin, içində gizlicə böyütdüyün o kimsəsiz duyğuların şəklini çəkər. Rəşid Nəsirzadənin bu kitabı mənə elə gəldi ki, sadəcə vərəqlərdən ibarət deyil; o, hər misrasında bir az daha "biz" olan bir xatirə dəftəridir. Kitab boyu ruhumu ən çox titrədən şey o hər kəsə tanış olan, amma hər kəsin fərqli yaşadığı "ayrılıq aurası" oldu. Şair sevgini və onun yoxluğunu elə incə detallarla təsvir edir ki, sən darıxmağın sadəcə kədər olmadığını, həm də bir yaşamaq forması olduğunu anlayırsan. Bir insanın içindəki boşluğu riyazi düsturlarla ölçməyə çalışmaq, məsafələri ekvator xətti qədər uzaq, amma nəfəs qədər yaxın hiss etmək... Bu, poeziyanın məntiqlə ən zərif rəqsidir. Və əlbəttə, o sirli İstanbul bənzətməsi... İnsan həqiqətən də bir şəhər kimi ola bilirmiş: həm izdihamlı, həm tənha; həm hər kəsə açıq, həm də sirlərlə dolu. Bu kitab mənə öyrətdi ki, bəzi insanlar getsə də, bizdə buraxdıqları o "İstanbul havası" heç vaxt dağılmır. Yarımçıq qalmış hər hekayənin bir şeir payı varmış sən demə... "Bir az kiçik qəsəbə, Və İstanbul kimisən..."
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
10/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Bir ittifaqda olduğumuz dəyərli Nuray Rəşidlinin "Vətən Sahibi" kitabını müzakirə etdik və etiraf etməliyəm ki, bəzi kitablar sadəcə oxunmur, həm də yaşanır. Nuray xanım, bizə şəhidimiz Sahib Məmmədovun timsalında təkcə bir qəhrəmanı deyil, həm də sarsılmaz bir iradəni və böyük bir ata qəlbini tanıtdığı üçün yazıçıya minnətdaram. Kitabın hər səhifəsində vətənə olan sevginin ailəyə olan bağlılıqla necə vəhdət təşkil etdiyini gördüm; xüsusilə o yarımçıq qalan məktubun sızısı hələ də içimdədir. Bir yazmağı sevən olaraq deyə bilərəm ki, belə mənəvi yükü olan mövzuları bu qədər axıcı və səmimi qələmə almaq böyük istedad tələb edir. Bu əsər mənim üçün sadəcə bir xatirə kitabı deyil, həm də gələcəkdə qələm alacağım mövzularda mənəvi bir bələdçi oldu. Qəhrəmanlarımızı unutdurmadığınız və biz gənclərə belə dəyərli bir miras qoyduğunuz üçün çox sağ olun. Qələminiz həmişə bu cür işıqlı və təsirli olsun!
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
10/10
·263 syf.··
Beğendi
·
2026 6. kitabı
·
9 günde okudu
·
Okunma: 05 Nisan 2026 00:28
Biz özümüzə aid olanların ya pul gücünə, ya da qol gücünə əlimizdən alındığının dəfələrlə şahidi olmuşuq. Hətta bəlkə də o qədər yağmalanmışıq ki, bir müddət sonra müqavimət göstərə bilməmək, qəbullanmaq, sürüklənmək vərdiş halını alıb. Romanda sivilizasiya, sərt hərbi rejim, sevgi, ehtiras, yaş faktorunun həyatımıza təsiri və ən əsası, heç kimə faydası olmayan, amma yastığa rahat baş qoyduran “vicdan” ilə tanış olacaqsınız. Sivilizasiyadan uzaq qalmaq bəzən bir seçimdir, bəzən isə məcburiyyət. Bu, bir az da din mövzusuna bənzəyir. Doğulduğun ölkə İslam dininə sitayiş edir, amma sənin özünün sərbəst seçim etmə şansın olmur bəzən. Ailə müsəlmandırsa, sənə də hələ doğulmamış bu “proqram” yüklənir. Amma heç bir halda, inancından, yaşam tərzindən, irqindən, cinsindən asılı olmayaraq, insanlar ölümə məhkum edilməməlidirlər. Kitabda kimsəsiz və sahibsiz torpaqlarda məskunlaşmış köçəri tayfaların imperiya tərəfindən qol gücünə qovulduğunu oxuyacaqsınız. Üstəlik, qaladan çölə kəşfə çıxıb, barbarları yenidən öz torpaqlarına gətirən və insanlara “bunlar bizim düşmənimizdir” deyərək, onların gözü önündə heç bir canlıya edilməyəcək işgəncələr edən dırnaqarası “mühafizlər”lə də tanış olacaqsınız. Xalqın qorxu və özgüvən arasında yaşadığı müxtəlif dövrlərdə isə ədalətsizliyə göz yuma bilməyən, işinin adamının reputasiyasının enişli-yoxuşlu yollarının şahidi olacaqsınız. Kitabı oxuyub bitirənlərə Barbarları Gözləyərkən filmini də izləməyi tövsiyə edirəm. Film, Con Maksvel Kutzee-nin eyniadlı romanı əsasında çəkilib. Həmçinin Kutzee kitabda yalnız vicdanlı insanların anlaya biləcəyi bir xatirə buraxıb: “Ədalətsizlikdən əzab çəkənlərin iztirablarına şahid olanlar xəcalətdən əzab çəkməyə məhkumdurlar”. Monoloqlardan ibarət, az dialoqlu, axıcı romanda sizə xoş mütaliələr arzu
Duygu ve Düşünce
Barbarları GözləyərkənJ. M. Coetzee · Qanun Nəşriyyatı · 02,057 okunma
İlk əsərimm...
Puan vermedi
Bu kitab mənim ilk kitabım idi.Və bu kitab səyahətinə bu kitabla başlamışdım.Həmin gün məktəbimdəki müəllimlər əsər müsaqibəsi olduğunu demişdilər.Bizim sinifdəndə 3 4 uşaq qoşuldu məndə qoşulmuşdum.Müəllimiz kitabxanadan əsərlər gətirmişdi bizi düzüb qarşimiza kitabları qoymuşdu.Və gözlərimizi bağlamışdl.Məndə bu əsəri seçmişdim.Müsaqibədə günlüy tutub əsərlər barədə yazmalı idik.Mən günlüy tutdum və ilk 32 kitabimi bu günlüyə yazdim və rəngli qələmlər...həvəslə yazmışdım və oxumuşdum əsərləri.Mükafat var idi müsaqibədə.Ama men heç vaxt mükafat üçün oxumamışdım.Axirda bizim günlüylerimizi tehsil nazirliyinə verdilər özlərinin dediylərinə görə..Ama heç bir xeber çixmadi.Sorussazki heç peşman oldunmu?O qeder vaxt serf etdiyinə cavab olaraq deyeremki 1 dəqiqəsinə belə peşman olmadim.Yenə olsa yenə qoşularam.Və yene həmin həvəslə edərəm.Əslində onu etdiyimə çox xoşbəxtəm ama çox istəyərdimki həmin günlüyləri bizə versinlər xatirə olaraq qalsın...
Duygu ve Düşünce
Dəfinələr AdasıRobert Louis Stevenson · Qanun Nəşriyyatı · 07,5bin okunma