Daha əvvəl bu stildə "1984", "fahrenheit 451", "otomatik portakal" kimi kitabları oxumuşdum, demək olar ki, hamısında ütopik bir dünya modeli verilir və mən düşünürəm ki, yaxın gələcəkdə o dünya yaradılacaq, hətta qırıntıları indidən görünür. Çoxdandı oxunacaqlar siyahımda olan kitab idi, almaq qismət olmamışdı. İnsanlar kiçik təsadüflərə anlam yükləməyi çox sevirlər, mən də düşüncəylə yanaşdım, deyəsən, çünkü son bir həftədi, demək olar ki, hər gün kitab qarşıma çıxdı. Və hardasa bir günün içində əlimdən yerə qoymadan bitirdim kitabı...kaş daha tez oxusaydım. Kitabın möhtəşəmliyin izah edəcək lüğətimizdə söz tapmıram. Əgər indiyə qədər yazılmış kitabları sıralasaydıq, rahatlıqla ilk 100-ə daxil olardı.
Kitabdakı hadisələr gələcəyin Londonunda keçir, gələcək dediyim XXVI yüzillik, yəni yazıçı öz dövründən altı əsr sonrasın nəzərdə tutaraq yazır əsərin. Qısa olaraq deyim ki, bu ütopiyada insanlar son dərəcə sağlam, texnologiya baxımından yüksək dərəcədə irəliləmiş, lakin hedonist yaşam tərzi sürürlər. Burda hər kəs hır kəsə aiddir. Nə yaşlılıq var, nə xəstəlik, nə savaş, nə yoxsulluq nə də ailə...
İnsanlar toplumsal istiqrar üçün yaşayırlar, burada sənət, ədəbiyyat, din, fəlsəfə, bir sözlə, insanı düşünməyə vadar edən hər şey qaldırılıb. Özüdə zorbalıqla yox, körpəlikdən qoyulub bunun təməli. Burada hər kəs xoşbəxtdir amma hər şeyin bədəli olduğu kimi xoşbəxtliklərinin bədəlini də əllərindən alınmış dəyərlərlə ödəyirlər..
Belə bir alıntıyla yekunlaşdırsaq "Dünya şu an istikara kavuşmuş durumda. İnsanlar mutlu; istediklerini alıyorlar ve ulaşamayacakları şeyleri asla istemiyorlar. Refahları yerinde; emniyyetler; hiç hastalanmıyorlar; ölümden korkmuyorlar; ihtiras ve ihtiyarlıktan habersiz ve bundan çok memnunlar; veba gibi illet olan anne ve babaları yok; güçlü duygular