I
Əl açan oğlan
Uşaqlar qəribə məxluqdurlar, yuxuya və xəyala gəlirlər. Milad bayramından əvvəl küçədə, hamıya məlum köşədə yeddi yaşlarında oğlan uşağına rast gəldim. Dəhşətli şaxtada o, demək olar, yay paltarındaydı, ancaq boynu hansısa köhnə şeylə sarınmışdı – deməli, onu kimsə bura göndərir, yaşayışını təmin edirdi. O "əl açaraq"