Ali Kurani

Zuhur Asrı yazarı
Yazar
9.0/10
1 Kişi
7
Okunma
4
Beğeni
282
Görüntülenme

Ali Kurani Gönderileri

Ali Kurani kitaplarını, Ali Kurani sözleri ve alıntılarını, Ali Kurani yazarlarını, Ali Kurani yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hüseyn ibni Əla Həzrəmi rəvayət edir ki, Əbu Əbdillah (s)-dan soruşdum: "Süfyani xüruc edən zaman biz şiələr nə edək?" Həzrət buyurdu: "Kişilər öz üzünü ondan gizlətsinlər, qadınlara və uşaqlara heç bir xəsarət dəyməz. O, beş şəhərə-Şamın şəhərlərinə hakim kəsildikdə, siz öz sahibinizə (Həzrət Məhdi (-a) doğru köç edin. "Biharul-Ənvar", 52-ci cild, səh.273
Süfyaninin öz hərəkatını Dəməşqin kənarından - Suriya-İordaniya sərhədlərində yerləşən Dir'a, yaxud Hovran məntəqəsindən başlaması ilə əlaqədar rəvayətlər eynidir. Əlbəttə, rəvayətlərdə onun xaric olduğu yer Yabis və Əsvəd vadisi (quru və qara dərə) adlandırılır. Həzrət Əli(ə.s.)-in belə buyurduğu nəql olunur: "Cigər yeyən Hindin oğlu Yabis çölündən xaric olacaq. O, qadd-qamətlidir, qorxunc üzü, yekə başı vardır, üzündə xora xəstəliyinin izləri görünür. Onun sifətinə baxdığın zaman bir gözlü nəzərə çarpır. Adı Osman, atasının adı isə Ənbəsədir (Üyeynə) -Əbu Süfyanın övladlarındandır. Nəhayət o, Qərar və Main adlı (sulu, təravətli bir yerdir) çatar, sonra oranın minbərinə çıxar. Əlbəttə, Qur'anda qeyd olunan “Zatu qərarin məin” ölkəsi Dəməşq kimi təfsir olunmuşdur. "Biharul-Ənvar" 52-ci cild, səh.205
Reklam
İmam Baqir (başqa bir rəvayətdə buyurur: "Sanki mən Süfyanini (yaxud onun dostlarını) görürəm ki, sizin yamyaşıl ölkəniz olan Kufədə düşərgə salmışdır. Onun carçısı nida edib deyir: "Hər kəs Əli şiələrindən birinin başını kəsib gətirsa, min dirham mükafat alacaqdır!" Bu zaman qonşu-qonşuya hücum edər və deyər ki, "bu kas onlardandır!", sonra onun başını kəsib min dirham mükafat alar. Agah olun ki, belə bir gündə sizə haramzadələr rəhbərlik edəcəkdir. Sanki elə indi niqablı bir kəsi görürəm." Soruşdular: Niqablı şəxs kimdir? Buyurdu: "Sizdən olan bir kişidir ki, sizin istəklərinizlə danışar, üzünə niqab taxar, sizi bir yerə toplayar va tanıyar, amma siz onu tanımazsınız. Sizin kişilərinizin bir-bir eybini axtarmaqla bədnam edər. Agah olun ki, o, zinazadədən başqa bir kəs deyildir.
İmam Sadiq-dan belə rəvayət olunur: "Bizimlə Əbu Süfyan sülaləsi iki xanədandır ki, biz onlarla Allah xatirinə düşmənçilik edirik. Biz deyirik ki, Allah düz deyir, onlar deyirlər ki, Allah yalan deyir. Əbu Süfyan Peyğəmbər (s)-la, onun oğlu Müaviyə Əli ibni Əbi Talib ilə, onun da oğlu Yezid isə İmam Hüseyn -la müharibə apardı. Süfyani də həzrət Qaim (ə.f.)-in qarşısında qiyam edəcəkdir.
İmam Baqir Əli (ə.s.)-dan nəqlən belə buyurur: "Şamda iki hərbi qrup ixtilaf edən zaman, İlahi nişanələrdən biri aşkar olar." Soruşdular: "Ya Əmirəl-mö’minin! O nişanə nədir?" Buyurdu: "Şamda (güclü) bir zəlzələ baş verər və nəticədə yüz min nəfər həlak olar. Allah-taala bunu mö'minlər üçün bir rəhmət, kafirlər üçünsə bir əzab qərar verər. O zaman gəlib çatanda ağ at və sarı bayraq sahiblərini gözləyin ki, onlar məğrib tərəfdən gəlib Şama daxil olarlar və bu zaman uca fəryad, üzücü taqətsizlik və qırmızı ölüm gəlib çatar. Bu vəziyyət yaranan zaman baxın görün Dəməşqin kəndlərindən birinin yerə batmasını ki, ona Hərşa (başqa bir nüsxədə Xarişa) deyilir. Bu zaman ciyər yeyən Hindin oğlu Süfyani biyabandan xüruc edər və Damaşqin minbərinə çıxar. Bu vurhavurda Məhdinin zühurunun intizarında olun.
Sayfa 71 - "Biharul-Ənvar" , 52-ci cild , səh. 253Kitabı okudu
SÜFYANİNİN QİYAMINDAN QABAQ BAŞ VERƏÇƏK ŞAM HADİSƏLƏRİ
Zühurla əlaqədar olan və Süfyani hərəkatından başlayaraq Fələstin və Qüds uğrunda apardığı mübarizədə məğlubiyyətinə qədər dəlalət edən hədisləri silsiləvi şəkildə araşdırmaq nisbətən asan bir işdir. Bunun əksinə olaraq, Süfyanidən qabaq baş verən hadisələri tənzim etmək çox çətindir. Çünki onun hədisləri əksər hallarda ixtisarla bəyan olunmuşdur və rəvayətlərdə hadisələrin qabağa-dala keçməsi müşahidə olunur. Amma onların hamısının nəticələri ümumi şəkildə aşağıdakı ardıcıllıqladır: 1-Müsəlmanların hamısını əhatə edəcək fitnənin yaranması, qərblilərin və rusların onlara hakim kəsilməsi; 2-Şama məxsus olan fitnənin yaranması; bu da onların arasında dərin çəkişmələrə, ixtilaflara və nəticədə zəifləmələrinə səbəb olacaqdır; 3-Şamda iki hegemon dövlətin (qüvvələri) arasında çəkişmənin baş verməsi; 4-Dəməşqdə zəlzələnin baş verməsi; onun nəticəsində şəhər məscidinin qərb tərəfi və onun bə'zi nahiyələri dağılıb aradan gedəcək; 5-İran və ərəb qüvvələrinin Şama daxil olması; 6-Şam ölkəsinə hakim kəsilmək üçün üç başçının - Əbqə, Əshəb və Süfyaninin bir-birilə çəkişməsi, Süfyaninin o ikisinə qələbə çalması, Suriya-İordaniyaya istila tapması və məntəqənin bütünlükdə onun hakimiyyəti altında olması.
Reklam
22 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.