Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ali Kurani

Ali KuraniZuhur Asrı yazarı
Yazar
9.0/10
1 Kişi
7
Okunma
4
Beğeni
244
Görüntülenme

Ali Kurani Gönderileri

Ali Kurani kitaplarını, Ali Kurani sözleri ve alıntılarını, Ali Kurani yazarlarını, Ali Kurani yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həzrət Məhdi (ə.f) zühuruna olan etiqadla əlaqədar İslam düşmənlərinin apardığı ən böyük zəhərli əks təbliğatların nümunəsi "Nostradamus" filmidir ki, dörd il bundan qabaq Amerikanın televiziya şəbəkəsindən (üç ay ərzində) buraxılmışdı.
İnşaallah, nəinki ziyan dəyər, yerli dibli yox olarlar.
"O həzrətin zühur etdiyi ildə yer üzündə çoxlu müharibələr baş verəcəkdir ki, onun da xəsarətləri Amerikaya və Avropaya dəyəcəkdir." "Qərb ölkələrində müharibə atəşi odunların odda yandığı kimi şö'lə çəkəcəkdir. Şərq və qərb əhalisi, hətta müsəlmanlar arasında belə, ixtilaf yaranacaqdır.Camaat düçar olduqları qorxu və vəhşətdən dolayı çox çətinlik, giriftarçılıq və əzab-əziyyətdə yaşayacaqlar."
Reklam
Ay İnşaAllah biz də bu günləri görərik 。•‿•。
O Həzrətin öz ardıcılları ilə Misrə varid olması bəyan olunur: "Sonra onlar (Hz.Məhdi (ə) və onun köməkçiləri) Misrə daxil olarlar.O həzrət minbərə çıxar və bütün insanlara xitab edər.Yer haqq-ədalət nəticəsində rövnəqlənər,asiman rəhmət yağışını nazil edər,ağaclar həddindən artıq barlı-bəhrəli olar,Yer öz bitkilərini cücərdib öz sakinlərinə zinət verər,vəhşi heyvanlar o qədər əmin-amanlıqda və asudəlildə olarlar ki,əhliləşmiş heyvanlar kimi,hər yerdə asudə dolanarlar.Elm və bilik möminlərin qəlbində özünə o qədər yer açar ki, heç bir mömin öz din qardaşına ehtiyac duymaz.O gün bu şərif ayə gerçəkləşər: "Allah hamını, Özünün sonsuz ehtiyacsızlığından qüvvətli və qüdrətli edər"
"...Yaxşı və xeyirli aqibət təqvalılara məxsusdur."
Şiə və sünnü mənbələrində mövcud olan rəvayətlər Süfyani ordusunun İraq və Şam nahiyəsindən Mədinəyə daxil olacağını və oranı ağır hücuma mə'ruz qoyacağını və dağıntı törədəcəyini vəsf edir. Belə ki, onun qarşısında heç bir müqavimət dəstəsi tab gətirə bilməz. O, həzrət Məhdi(ə.f.)-in köməkçiləri və Əhli-beyt şiələri ilə qarşılaşarkən İraqda olduğu kimi, qadın-kişini, böyük-kiçiyi qırmaqda hər bir zülmü rəva görəcəkdir. Rəvayətlərdə deyilir ki, Süfyaninin Mədinəyə hücumu daha artıq şiddətlə olacaqdır. "İbni Həmmadın əlyazması"nda İbni Şəhabdan belə nəql olunur: "Süfyani öz ordusu ilə Hicazı dağıtdıqdan sonra Kufəyə daxil olan süvarilərin sərkərdəsinə məktub yazıb ona əmr edəcəkdir ki, Hicaza taraf harakat etsin. O da Hicaza doğru yola düşəcək və Qüreyşi kütləvi şəkildə qıracaqdır. Onlardan dörd yüz nəfər kişini və hazrat Mahdi)-in köməkçilərindən bir qədərini öldürəcək, ha hamilə qadınların qarnını yırtıb körpələrini qətlə yetirəcək; Qüreyşdən olan iki qardaşı qətlə yetirəcək, Məhəmməd və Fatimə adlı bacı-qardaşı Mədinə məscidinin qapısında dar ağacından asacaqdır."
Sayfa 101Kitabı okudu
İmam Baqir (ə.s.)-in belə buyurduğu nəql olunur: "Süfyaninin, düşmənlərinizdən sizin xeyrinizə intiqam alması kifayətdir. O sizin üçün nişanələrdən biridir, halbuki o fasiq əgər xüruc etsəydi, siz onun xürucundan bir-iki ay sonra qalardınız və onun nahiyəsindən sizə heç bir zərər çatmazdı, nəhayət, sizdən çoxlu insanları qətlə yetirərdi". Həzrətin dostlarından bə'ziləri soruşdu: "O vaxt bizim arvad-uşaqlarımızla əlaqədar vəzifəmiz nədir?" İmam (ə.s.) buyurdu: "Sizin kişiləriniz özlərini ondan gizlətsinlər, çünki onun qorxusu və şər işləri, əlbəttə bizim şiələrimizlədir. Amma qadınlara gəldikdə isə, inşaallah, onlara heç bir zərər çatdırmaz." Soruşdular: "Kişilər hara getsinlər və onun əlindən hara qaçsınlar?" İmam (ə.s.) buyurdu: "Hər kəs onların şərrindənqaçmaq istəsə, Mədinəyə, Məkkəyə, yaxud digər bir şəhərə getsin. Lakin siz Məkkəyə gedin, çünki, ora sizin (bir yerə) yığışmaq yerinizdir. Bu fitnə doqquz ay- qadının hamiləlik müddəti qədər davam edəcək və Allahın istəyi ilə, ondan artıq davam gətirməyəcəkdir". "Biharul-Ənvar", 52-ci cild, səh.141
Reklam
Hüseyn ibni Əla Həzrəmi rəvayət edir ki, Əbu Əbdillah (s)-dan soruşdum: "Süfyani xüruc edən zaman biz şiələr nə edək?" Həzrət buyurdu: "Kişilər öz üzünü ondan gizlətsinlər, qadınlara və uşaqlara heç bir xəsarət dəyməz. O, beş şəhərə-Şamın şəhərlərinə hakim kəsildikdə, siz öz sahibinizə (Həzrət Məhdi (-a) doğru köç edin. "Biharul-Ənvar", 52-ci cild, səh.273
Süfyaninin öz hərəkatını Dəməşqin kənarından - Suriya-İordaniya sərhədlərində yerləşən Dir'a, yaxud Hovran məntəqəsindən başlaması ilə əlaqədar rəvayətlər eynidir. Əlbəttə, rəvayətlərdə onun xaric olduğu yer Yabis və Əsvəd vadisi (quru və qara dərə) adlandırılır. Həzrət Əli(ə.s.)-in belə buyurduğu nəql olunur: "Cigər yeyən Hindin oğlu Yabis çölündən xaric olacaq. O, qadd-qamətlidir, qorxunc üzü, yekə başı vardır, üzündə xora xəstəliyinin izləri görünür. Onun sifətinə baxdığın zaman bir gözlü nəzərə çarpır. Adı Osman, atasının adı isə Ənbəsədir (Üyeynə) -Əbu Süfyanın övladlarındandır. Nəhayət o, Qərar və Main adlı (sulu, təravətli bir yerdir) çatar, sonra oranın minbərinə çıxar. Əlbəttə, Qur'anda qeyd olunan “Zatu qərarin məin” ölkəsi Dəməşq kimi təfsir olunmuşdur. "Biharul-Ənvar" 52-ci cild, səh.205
İmam Baqir (başqa bir rəvayətdə buyurur: "Sanki mən Süfyanini (yaxud onun dostlarını) görürəm ki, sizin yamyaşıl ölkəniz olan Kufədə düşərgə salmışdır. Onun carçısı nida edib deyir: "Hər kəs Əli şiələrindən birinin başını kəsib gətirsa, min dirham mükafat alacaqdır!" Bu zaman qonşu-qonşuya hücum edər və deyər ki, "bu kas onlardandır!", sonra onun başını kəsib min dirham mükafat alar. Agah olun ki, belə bir gündə sizə haramzadələr rəhbərlik edəcəkdir. Sanki elə indi niqablı bir kəsi görürəm." Soruşdular: Niqablı şəxs kimdir? Buyurdu: "Sizdən olan bir kişidir ki, sizin istəklərinizlə danışar, üzünə niqab taxar, sizi bir yerə toplayar va tanıyar, amma siz onu tanımazsınız. Sizin kişilərinizin bir-bir eybini axtarmaqla bədnam edər. Agah olun ki, o, zinazadədən başqa bir kəs deyildir.
İmam Sadiq-dan belə rəvayət olunur: "Bizimlə Əbu Süfyan sülaləsi iki xanədandır ki, biz onlarla Allah xatirinə düşmənçilik edirik. Biz deyirik ki, Allah düz deyir, onlar deyirlər ki, Allah yalan deyir. Əbu Süfyan Peyğəmbər (s)-la, onun oğlu Müaviyə Əli ibni Əbi Talib ilə, onun da oğlu Yezid isə İmam Hüseyn -la müharibə apardı. Süfyani də həzrət Qaim (ə.f.)-in qarşısında qiyam edəcəkdir.
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.