Ayetullah Uzma Hamenei

Amerika yazarı
Yazar
0.0/10
0 Kişi
5
Okunma
2
Beğeni
184
Görüntülenme

En Beğenilen Ayetullah Uzma Hamenei Gönderileri

En Beğenilen Ayetullah Uzma Hamenei kitaplarını, en beğenilen Ayetullah Uzma Hamenei sözleri ve alıntılarını, en beğenilen Ayetullah Uzma Hamenei yazarlarını, en beğenilen Ayetullah Uzma Hamenei yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bismilləhir Rahmənir Rahim
İmam haqlı olaraq belə demişdi: "Amerika heç bir qələt eləyə bilməz".
Bizim leksikonumuzda hegemonizmin mənası
Bizim leksikonumuzda özünün siyasi, hərbi, elmi və iqtisadi imkanlarına arxalanaraq və bəşəriyyətə ayrıseçkili baxışdan ilham alaraq böyük toplum, dövlət və ölkələrə quldurcasına və təhqiramiz şəkildə hakim olub, onları öz xeyrinə istismar altında saxlayan, işlərinə müdaxilə edən, sərvətlərinə əl uzadan, hökumətləri ilə amiranə danışan, xalqlarına zülm edən və adət-ənənələrini aşağılayan güc mərkəzinə Hegemonizm deyilir.
Reklam
Amerikanın güc işlətməyə bacarıqsızlığı
ABŞ-ın iddia etdiyi kimi gücünün olmamasına və zəif insanları qorxudan heybətinin həqiqi gücündən olduqca artıq olmasına başqa bir aydın dəlil odur ki, çox yerlərdə güc və şiddət işlətmək istəyirlər, amma bacarmırlar. Hansı dəlilə əsasən? Dəlil budur ki, bacardıqları yerdə, misal üçün, Panamada etdilər. Əgər ABŞ Panamada gördüyü işi digər inqilabçı ölkələrdə, çox narahat və pərt olduğu Kubada görə bilsəydi, görərdi. Deməli, bacarmır. Əgər bu işi o regionda, yaxud digər regionlarda olan və ABŞ siyasətinə qarşı çıxan ölkələrdə görə bilsəydi, görərdi. Dəlili budur ki, Panamada gördü.
Terrorizmin qarşısını almaq üçün terroristlərin əməkdaşlığı
Doğrudan da insan təəccüb edir. ABŞ-ın prezidenti xəcalət çəkmir və dünyanın ictimai rəyi qarşısında uca səslə deyir ki, biz terrorizmin qarşısını almaq üçün İsraillə əməkdaşlıq etmək istəyirik.
İnsan hüquqlarının yalançı iddiaçıları
Qaraların son nümayişi göstərdi ki, ABŞ quruluşu təkcə Asiya, Afrika və Latın Amerikası xalqlarına qarşı yox, öz xalqına qarşı da ədalətsiz rəftar edir. Oralardakı kimi burada da etirazı kobudluqla və boğmaqla cavablandırır.
Bismilləhir Rahmənir Rahim
Düşmən bizim əleyhimizə fəaliyyət göstərəndə məgər bizi nəzərə alır ki, acığımız gəlməsin?! Nə üçün biz düşməndən çəkinməliyik?! Hegemonizm bizi bir-birimizin canına salmaq, İslamı xurafatçı və çirkin göstərmək istəyəndə məgər müsəlmanların xoşuna, yaxud acığına gələcəyini düşünür? Biz "hegemonizm İslam və müsəlmanların düşmənidir!" demək istədikdə nə üçün onu nəzərə almalıyıq?! Bizim böyük imamımızın ən üstün fəxrlərindən biri İbrahim və İslam həccini dirçəltməsidir. Bizim müsəlman xalqımız da belə bir həclə fəxr edir.
Reklam
23 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.