Ayetullah Uzma Hamenei

Amerika yazarı
Yazar
0.0/10
0 Kişi
5
Okunma
2
Beğeni
183
Görüntülenme

Ayetullah Uzma Hamenei Gönderileri

Ayetullah Uzma Hamenei kitaplarını, Ayetullah Uzma Hamenei sözleri ve alıntılarını, Ayetullah Uzma Hamenei yazarlarını, Ayetullah Uzma Hamenei yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bismilləhir Rahmənir Rahim
"Amerika heç bir qələt eləyə bilməz!"
Bismilləhir Rahmənir Rahim
Düşmən dedikdə məqsədimiz bir abbası üçün düşmənlik edən deyil. Bu, düşmənlik deyil. Üsul və fikir ayrılığı da düşmənlik deyil. Dünyəvi və maddi işlər üçün olan da - bunlar qadağan olunub - düşmənlik deyil. Düşmən - yaxşılıqlara, dəyərə, saleh bəndələrə, düzgünlüyə və düzgünlük sahibi Allaha müxalif və düşmən olan şeytan və şeytansifətlərdir. Əsl düşmən budur.
Reklam
Bizim leksikonumuzda hegemonizmin mənası
Bizim leksikonumuzda özünün siyasi, hərbi, elmi və iqtisadi imkanlarına arxalanaraq və bəşəriyyətə ayrıseçkili baxışdan ilham alaraq böyük toplum, dövlət və ölkələrə quldurcasına və təhqiramiz şəkildə hakim olub, onları öz xeyrinə istismar altında saxlayan, işlərinə müdaxilə edən, sərvətlərinə əl uzadan, hökumətləri ilə amiranə danışan, xalqlarına zülm edən və adət-ənənələrini aşağılayan güc mərkəzinə Hegemonizm deyilir.
Bismilləhir Rahmənir Rahim
Xəbərlərdə oxumuş, yaxud eşitmisiniz ki, səhv etməsəm, hər ay ABŞ məktəblərində bir neçə yeniyetmə və ya uşaq öldürülür. Yəni məktəblər daxilində hər ay bir neçə yeniyetmə və uşaq öz sinif yoldaşları tərəfindən qətlə yetirilir. Bu çox mühüm məsələdir. Bir ölkədə uşaqlar müntəzəm olaraq bir-birinin əli ilə öldürülürlərsə, bu, digər pozuntulardan və fəsad fırtınasının şiddətli hücumundan qaynaqlanır.
Hüquq bərabərliyinin qurbanı
Əgər kimsə bu gün qadın və kişi bərabərliyindən, yaxud qadın hüquqlarından dəm vuran Qərbdə bu məsələlərin olmadığını, qadına zülm edilmədiyini düşünsə, yanılmışdır. Yəqin xəbəriniz var ki, Qərbdə qadına qarşı şiddət, qadından istər iş yerində, istər bəzi nümunələrinin deyilməsi ayıb olan digər sui-istifadələr barədə dəhşətli statistikalar mövcuddur. Mən ABŞ haqqındakı statistikalarda gördüm ki, həyat yoldaşları tərəfindən döyülən qadınların sayı olduqca çoxdur. Doğrudan da təəccübləndim, rəqəm dəhşətli idi.
Sionistlərin əlində oyuncaq
Bu gün Amerika dövləti özü üçün dünyada tanıdığı əhəmiyyətə, keçmişə və böyük sərvətə rəğmən, yüyəni bir itin əlində olan və istənilən yerə aparılan bir div sayağı, siyasi, iqtisadi və hərbi baxımdan sionistlərin və İsrail dövlətinin əlində oyuncaq olmuşdur.
Reklam
23 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.