Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azize Caferzade

Azize CaferzadeBakı 1501 yazarı
Yazar
Derleyen
7.7/10
34 Kişi
172
Okunma
23
Beğeni
2.795
Görüntülenme

Azize Caferzade Gönderileri

Azize Caferzade kitaplarını, Azize Caferzade sözleri ve alıntılarını, Azize Caferzade yazarlarını, Azize Caferzade yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Müharibə başlayır....
Salamat qal, Sultanım. _ Salamat qayıt, sevdiyim. - Allah amanında. - Tanrım sənə yar olsun. Ayrila bilmirdilər.
Sayfa 81 - Qazi bəyKitabı okudu
392 syf.
·
Puan vermedi
Deməli belə “Anamın nağılları” Əzizə Cəfərzadənin anasından eşitdiyi nağıllardan təşkil olunmuşdur. Tarixi ta qədimə dayanan bu şifahi xalq yaradıcılığının nümunəsi olan nağıllar öz unikallığı, maraqlı süjet xətləri ilə uşaqlıqda ilk nağıl kitabımı necə həvəslə oxumuşdumsa, bu kitabıda eyni həvəslə oxumağa sövq etdi. Bu nağılların yaranma tarixi qədimlərə dayansa da, özündə ehtiva etdiyi mahiyyət, məna etibarı ilə bu gün üçün də aktualdır. Şahın, saray adamlarının rəiyyətlə münasibəti, onların özbaşınalığından irəli gələn problemlər və onların həlli, milli-mənəvi dəyərlərin qorunması, əməksevərlik, zəhmətkeşlik, qorxmazlıq, vətənpərvərlik və digər münasibətlər və keyfiyyətləri özündə ehtiva edirdi. Əsərdə digər folklor nümunələrinin - bayatıların, atalar sözlərinin, aforizmlərinin olması nağılları daha da mənalandırır və maraqlı edir. Bu əsəri oxuyan hər bir şəxsin öz uşaqlığına qayıdacağına əminəm. Kitabın texniki məsələlərinə nəzər salsaq, üz qabağında nağılların personajlarının maraqlı təsviri insanı ilk baxışda cəlb edir. Bundan əlavə əsərin içərisində işlənilmiş rəsm əsərlərinə nəzər salanda doğrudan da arxasında geniş əməyin olduğunun görə bilərik.
Anamın Nağılları
Anamın NağıllarıAzize Caferzade · Bakı,N/R NPM · 20208 okunma
Reklam
353 syf.
8/10 puan verdi
·
24 günde okudu
Əzizə Cəfərzadə - Bakı-1501
Bu kitab Əzizə xanımın qələmindən oxuduğum üçüncü kitab oldu. Hər 3 kitabda tarixi şəxsiyyətlərin həyat yolunu roman şəklində təsvir edib Əzizə xanım və düşünürəm ki, tarixi prosesləri bu üslübda izah etmək daha yaddaqalan edir oxunulan məlumatları. Əzizə Cəfərzadənin romanlarında diqqət etdiyim bir məqam da hadisələri dərin detallara kimi izah
Bakı 1501
Bakı 1501Azize Caferzade · Qanun Nəşriyyatı · 073 okunma
Şair Xətai, könlündə bütün varlığına hakim kəsilən bir fikri bütün çılpaqlığı ilə dilinə gətirmədən, düşünürdü: Qula çevrilmiş xalq üçün doğma ana dilini mühafizə etməyin böyük mənası vardı. Bunu ərəb işğalçıları çox gözəl dərk etmişdilər. İlk öncə məhkum etdikləri xalqların dilinə hücum etmişdilər. Beş vaxt ibadətindən bircə söz anlamayan fağır şələpapaq çobanın duası ərəbcə!.. Beş yaşlı uşağın mollaxanada ilk sözü ərəbcə... Bəli, milləti, xalqı öldürmək istəyirsənsə, əvvəlcə dilini əlindən al. Bu bütün qəsbkarların, hakim xalqların şüarı olub.
Sayfa 323Kitabı okudu
Axı bir təsəvvür eləyin ki, ərəblər bu yazıq camaatın başına nə gətiriblər. Körpə uşaq məktəbə gedir, tələffüz elədiyi birinci söz: "bismillahir rəhmanir rəhim, hüvəl-fəttahü əlim" - ərəbcədi. Yazıq uşaq bundan nə anlasın? Olmaz ki, elə doğmaca - körpə diliylə "böyük olan, rəhman, rəhim Allahın adı ilə başlayıram..." - desin. Bu, Allaha çox xoş gələr. Yaxud, bütöv bir xalq, hətta xalqlar, onların ərəbcə bir kəlmə başa düşməyən kişisi-arvadı, çobanı-çoluğu gündə beş vaxt namaz qılır. Xəlvətdə, öz yaradanı, tanrısı ilə üzbəüz dayanır, dərdini deyir, onun böyüklüyünə inanır: "mənə rahi-müstəqim - düz yol göstər", deyir. Olmaz ki, ərəb dilinin qol-qanadını sındırmayıb "Qul hü vallahü əhəd", de ki, o, "Allah birdir" sözlərini öz doğmaca dilində desin. Vallahi ki böyük Allaha bu xoş gələr. Namaz qılan da sözləri tutuquşu kimi deyil, anlayaraq, dərk edərək dəyər.
Sayfa 322Kitabı okudu
432 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Aləmdə səsim var mənim" Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin ilk romanıdır. Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmaq istəmiş, lakin əsərin nəşri zamanı dəyişib Seyid Əzim Şirvaninin şeirindən götürərək "Aləmdə səsim var mənim" adlandırmışdır (yaxşı ki). İlk romanı olan bu əsərdə Əzizə Cəfərzadə
Aləmdə Səsim Var Mənim
Aləmdə Səsim Var MənimAzize Caferzade · Şərq-Qərb · 200625 okunma
Reklam
Aləmdə səsim var mənim.
Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmənəm, aləmdə səsim var mənim...
281 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.