Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cavid Osmanov

Cavid OsmanovMücahidin Yolu yazarı
Yazar
10.0/10
1 Kişi
8
Okunma
1
Beğeni
506
Görüntülenme

Cavid Osmanov Sözleri ve Alıntıları

Cavid Osmanov sözleri ve alıntılarını, Cavid Osmanov kitap alıntılarını, Cavid Osmanov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Basdirin! Kitab oxuyun, maariflənin, mədəniləşin, inkişaf edin! Nə qədər olar axı? - Asiman bəy bir az sakitləşdi. - Vallah mənim ürəyim ağrıyır. Öləcəm mən axırda. Gənc gəlir yanıma, nəsə soruşursan, qalır belə. Bir dəfə tədbirə getmişəm. Gənc qız yaxınlaşır mənə. Aktrisa olub indi. Seriallarda-zadda çəkilir. Deyir ki, Asiman bay, siz məni bir neçə il bundan öncə işə qəbul etmədiniz. Təəccübləndim. Yaraşıqlı qız idi. Soruşdum ki, nə deyib işə götürmədim? Cavab verir ki, siz məndən soruşduz ki, Çingiz Abdullayev kimdi, mən də dedim ki, bilmirəm. Təsəvvür edirsən, Çingiz Abdullayevi tanımayan adamı? Amma var belələri! Dedim qızım, elə düz edib səni götürməmişəm işə! Mən xalqımın düşməni deyiləm! Nə də ki, rusdilliləri ilahiləşdirmirəm! Amma adam gərək vicdanla danışsın! Başa düşürsən?
Sayfa 173
hər zaman
-Sizin hansı xüsusiyyətiniz başınıza bəlalar açır? -Dürüstlüyüm, yalan danışmamağım.
Sayfa 137
Reklam
Dağlıq şəhər tamamilə qar altında idi. Gözlər belə mənzərəyə öyrəşmədiyindən ağrımağa başladı. Həyatda da belədir, dümağ nəsə, şəffaflıq görəndə öyrəşmədiyimiz üçün haramızsa ağrımağa başlayır. Əksər vaxtlarda bu, ürək olur...
Sayfa 153
Nə qədər desək ki, cinsi məsələlərdən danışmaq və ya aktiv cinsi həyat mentalitetimizə yaraşmır, bunlar mənasızdı.Nə qədər ki, gənclər öz ehtiyaclarını ödəyə bilməyəcəklər və evlilik problemləri aktual olacaq, yaşları artdıqca bir o qədər aqressiv olacaqlar. "Cinsi ehtiyacın ödənilməməsindən yaranan aqressiya gözə görünməyən dağıdıcı qasırğaya bənzəyir".
Təkrar edirəm: söhbət qeyri-peşəkarlıqdan gedir. Bu senzura var ha, "+18", filan. Bizimkilər özlərinə söz verib ki, bildi-bilmədi, hara gəldi o "müsbət onsəkkizi" yapışdıracaqlar. Ay kişi, görmüşük, oxumuşuq, araşdırmışıq. Bəsdirin də! Kimsə çimərlik geyimində şəkil çəkdirir, part, "+18"! Kimsə kimisə üzündən öpür, part, "+18"! Başınız işləmir? Səysiz? Girin internetə, oxuyun da. Maariflənin də! Hələ o səy-say başlıqları demirəm. Ən möhtəşəmi isə kişilər tərəfindən üzünə tüpürülməyən xanım jurnalistlər xarici qonaqlara, olsun müğənni, rəqqas, fərqi yoxdu kim, sual verirlər: “Azərbaycan xanımları xoşunuza gəlirmi?" Ay insan, ay şəxsiyyət, necə yəni Azərbaycan xanımları xoşunuza gəlirmi? Nə deməlidir yazıq? Başa düşürəm ki, o xanım özünə kompliment istəyir, qonaq desin ki, "çox gözəldi sizin xanımlar, lap elə sizin kimi". Jurnalist qız da bir az utansın, gözlərini aşağı salsın. İyrənc, iyrənc!
Sayfa 136
-Hə, niyə tezdir ki, mənə kitab yazmaq? -Çünki gəncsən hələ. -Nə olsun ki? -O olsun ki, həyat təcrübən yoxdu sənin. Maksimum iki romanlıq sərgüzəştlərin ola bilər sənin bu yaşda və bu şəhərdə. Sən Əfqanıstanda doğulmamısan, qaçqın olmamısan, müharibədə vuruşmamısan, kosmosa uçmamısan, xarici ölkələrdə olmamısan, heç düz-əməlli sevib - sevilməmisən də.
Sayfa 171Kitabı okudu
Reklam
İnsan nə vaxt aqressiv olur? 1.Ehtiyacları ödənmədikdə; 2.Ona hörmətsizlik ediləndə; 3.Şəxsiyyətinin alçaldılması zamanı; 4.Təhlükə hiss etdikdə.
Qızlarda və qadınlarda zövqsüzlük artır. Əks cinsi intellekti, savadı, bacarığı ilə deyil, geyimi ilə cəzb etmək istəyirlər.