Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ejder Ol

Ejder OlÖlümle Oyun yazarı
Yazar
7.0/10
6 Kişi
22
Okunma
1
Beğeni
864
Görüntülenme

En Eski Ejder Ol İletileri

En Eski Ejder Ol iletilerini, en eski Ejder Ol okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
"Mən gedər-gəlməzdən qayıda bilsəm, dur çıx yol üstünə, gedən gələr də… Mən gedər-gəlməzdən dönməyib, ölsəm, üzülmə birdənəm, adam ölər də…"
Ejder Ol
Ejder Ol
Mən gedər-gəlməzdən qayıda bilsəm, Dur çıx yol üstünə, gedən gələr də.. Mən gedər- gəlməzdən dönməyib ölsəm, Üzülmə, bir dənəm, adam ölər də.
Ejder Ol
Ejder Ol
Reklam
Girdiyin odada bir xanım olub, bürüyüb odanı qızılgül ətri.
Hər yanı bürüyəndə gecənin zərif tülü, Düşünüb bir gül üzü, ya da elə bir gülü xeyli yüngülləşirəm...
Ejder Ol
Ejder Ol
Daha nə gizlədim? Məni gözləyənlər bağışlasınlar, Onları gözlədib, səni gözlədim. Əlimi üzmədim, Kimi gözlədimsə harada, nə vaxt, Həm onu, həm də ki səni gözlədim. Yoruldum, bezmədim, Uzaq bir şəhərdə bilmirəm niyə, Dayanıb küçədə səni gözlədim.
Ejder Ol
Ejder Ol
Əzabı mən elə gözəl çəkirəm, Bir kimsə dərdimdən fikir eləmir.
Ejder Ol
Ejder Ol
Yuxum gəlir...
Çağırsaydın, qaranəfəs gələrdim, Ayaqlarım pişik kimi büzüşmüş. Sağ olsaydı anam, elə bilərdim, isti əli saçlarımda gəzişmiş. Yuxum gəlir... Qış da gəldi, bəs hanı qış yuxusu, Nə deyirlər xeyirimdən-şərimdən?! İndi mənim yuxum da quş yuxusu, Bir çırtma çal, dik atılım yerimdən. Yuxum gəlir... Çöldə şaxta, özü də ki, nə şaxta, Üşütməm var, yorğan ayaz qoxulu. Sən yatarsan, Sən qalmazsan bu vaxta, düşünürəm səni... Yuxum gəlir...
Ejder Ol
Ejder Ol
Reklam
İldə bir ətrini külək gətirsin, Razıyam mən indi ona da, razı...🍃
Ejder Ol
Ejder Ol
Unutma.
Qoru yaddaşını, qoru əzizim, Sən mənim sevgimi yadında saxla. Viranə könlümü, sınıq könlümü, Uçuq bir ev kimi yadında saxla. Qoy qıvrım saçını yel dağıdınca, Barmağım darayan yatımda qalsın. Fikirli baxışım, fikirli üzüm, Qəmli şəkil kimi yadında qalsın. Məni bircə anlıq ansan, bəsimdir, Ona ki vaxt, imkan çatışdırarsan. Yadından çıxmasın mənim bu sevgim, Başqa sevgilərlə tutuşdurarsan. Təzə bənzətmə tap mənim sevgimə, Altı cəhət kimi saxla yadında. Yanmağı, itməyi səni yandıran, Vacib sənəd kimi saxla yadında. Mənim xatirəmi gizlət hamıdan, Lap göyün yeddinci qatında saxla. Yadında qalanı vergüllərindən Nöqtələrinəcən yadında saxla...🍃
Ejder Ol
Ejder Ol
Gedərəm...
Sözündən qan damar yanaqlarıma, Utana-utana çıxıb gedərəm. Bir kimsə ovutmaz, oxşamaz məni, Gözümü qəlbimə sıxıb gedərəm. Gülər xısın-xısın yağışlı küçə, Şimşəklər götürər hoydu-hoyduya. Yağışın altında qalaram yalqız, Ay-hay, bu adamlar məni duydu ha... Heç də ağıllanmaz sərsəri yağış, Elə bu könlüm də onun tayıdı. Gözümdən axsa da sevgi yaşları, Hamı elə bilir yağış suyudu. Bulud aman verməz gözüm açıla, Göyün insafından əlim üzülər. İslana bilərəm belə yağışda, Həyatım boyunca suyum süzülər. Oxuya bilmərəm sevgi nəğməmi, Səsimi içimə yığıb gedərəm. Elə hey bir ucdan yağar bu yağış, İslana-islana çıxıb gedərəm...
Ejder Ol
Ejder Ol