Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Georges Simenon

Georges SimenonBella'nın Ölümü yazarı
Yazar
7.0/10
384 Kişi
1.258
Okunma
93
Beğeni
8,3bin
Görüntülenme

Georges Simenon Gönderileri

Georges Simenon kitaplarını, Georges Simenon sözleri ve alıntılarını, Georges Simenon yazarlarını, Georges Simenon yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"...İşini bitirən kilsə xidmətçisi qrafinya dö Sen-Fiakra baxdı. Üzündəki ifadədən tərəddüd etdiyi görünürdü. Həmin an Meqre hərəkətə keçdi. İkisi də qadına yaxınlaşdı. Qrafinyanın əlləri ilə örtdüyü üzünə baxmağa çalışaraq onun bu cür hərəkətsiz qalmasına təəccüblənirdilər. Görüntüdən həyəcanlanmış Meqre qadının çiyninə toxundu. Elə həmin an qadının bədəni boşluqda müvazinətini itirdi və yerə düşərək hərəkətsiz qaldı. Qrafinya dö Sen-Fiakr ölmüşdü. Meyiti kilsə xidmətçisinin otağına aparıb cərgə ilə yan-yana qoyulmuş üç stulun üstündə uzatdılar. Kilsə xidmətçisi həkim gətirmək üçün tələsik kilsədən çıxdı. Meqre buradakı vəzifəsinin qeyri-rəsmi olduğunu unutmuşdu. Odur ki, keşişin həyəcan dolu baxışlarını ona sual və şübhə dolu ifadə ilə zilləməsinə əvvəlcə məna verə bilmədi. -Siz kimsiniz?- keşiş dayana bilməyib soruşdu,- siz burada... -Cinayət İşləri üzrə İdarədən komissar Meqre..."
Georges Simenon
Georges Simenon
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşi
Komissar Meqre/Sen-Fiakrın Cinayət İşiGeorges Simenon · Qanun Nəşriyyatı · 20185 okunma
Ancaq ən qorxuncu, ən dəhşətlisi qaçırdığı gözləri idi...
Sayfa 150 - X FƏSİL. Dəfndən bir gün əvvəlKitabı okudu
Reklam
Bəzi insanların həyatının hansısa anı onların ən güclü anı olur; özlərini həm bütün bəşəriyyətdən, hətta özlərindən yüksəkdə hiss edirlər. Bu, Monte-Karloda nə olursa olsun qazanan, bunun üçün xüsusi səy göstərməyən oyunçuların vəziyyətinə bənzəyir. Bu, öz nitqi ilə hökuməti yerindən tərpədən və onu dağıdan, sonra isə buna təəccüblənən (belə ki o, sadəcə, "Rəsmi xronika"nın onun haqqında bir neçə sətir yazmasından başqa heç nə istəməmişdi) müxalif deputatın vəziyyətinə bənzəyir.
Sayfa 137 - IX FƏSİL. Valter Skot üslubundaKitabı okudu
-Biz axı özümüzü əslində olduğumuzdan daha yaxşı göstərməyə çalışırıq.
Sayfa 133 - Moris dö Sen-FiakrKitabı okudu
Bunun üstündən neçə il ötüb. Bəs onun ümidləri ölübmü?
Sayfa 132 - Moris dö Sen-FiakrKitabı okudu
Sadəcə, sizə sübut etmək istəyirəm ki, hətta ən ləyaqətli insandan belə qəddar hərəkətdə şübhələnmək olar.
Sayfa 129 - Moris dö Sen-FiakrKitabı okudu
Reklam
Bu insanların hər dəqiqəsi qızıl idi.
Sayfa 103 - VII FƏSİL. Muləndə görüşKitabı okudu
Bu dolablarda viski olmazdı... Arı yuvasında bal olduğu kimi bu dolablar da kitabla dolu olardı.
Sayfa 86 - Moris dö Sen-FiakrKitabı okudu
Reklam
Niyə axı bütün bu qarışıqlıqda onu müqəssir bilirdilər... Axmaq hərəkəti edən o deyil ki?.. Onun nə günahı var?.. Halbuki hər şeyin öz axarına düşməsi üçün əlindən gələni etməyə hazırdı...
Sayfa 64 - IV fəsil. Mari VasilyevKitabı okudu
Özünü elə hiss edirdi ki, sanki ağır iş görmüşdü. Özünü bu cür hiss etməsi nə səhər saat beşdən etibarən ayaq üstdə olmasından, nə də havanın soyuqluğundan qaynaqlanırdı. Ətrafda hökm sürən ab-hava onu əzirdi.
Sayfa 58 - IV fəsil. Mari VasilyevKitabı okudu
604 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.