Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Kamil

İlqar KamilYerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
153
Okunma
38
Beğeni
2.839
Görüntülenme

En Eski İlqar Kamil Sözleri ve Alıntıları

En Eski İlqar Kamil sözleri ve alıntılarını, en eski İlqar Kamil kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Psixoloqlara görә, qardaşım, baş verәn hәr hansı bir hadisә zamanı bizi narahat edәn şey ola bilәcәk pis nәticә deyil, o nәticәnin qeyri-konkretliyidir. Koqnitiv psixologiyada bәhs olunur ki, insan baş verә bilәcәk әn pis nәticәni qabaqcadan dәqiq vә әtraflı - audial vә vizual olaraq - təsəvvür etməklə konkretləşdirər, dəqiqləşdirərsə, təşviş və narahatlıqdan qurtula bilər.
Torpaqdan yaranmaları tapdanmalarına bәraәt vermәsә dә, o qәdәr әziliblәr ki, heç kimә inamları qalmayıb. Yaşamaq üçün bu inam çox vacibdir - yaşamın özündәn dә vacib.
Reklam
"Torpaq soyuqdur" deyirlәr ey, Şirin, hamısı boş şeydi, torpağın hardan oldu axı belә bir funksiyası?! Soyudan mәsafәdir- araya girәn bir dünyalıq mәsafә.
Nә üçün darıxdığınızı bilmirsinizsә, darıxdığınız, şüurunuza sığmayacaq qәdәr böyük bir varlıqdır.
Yәqin ki, bütün uşaqlar üçün әn әzablı işgәncә anasını ağlayan görmәkdir.
Sayfa 101Kitabı okudu
Baxdı ki, nefti ucuzlaşmış, sakinlәri yoxsullaşmış ölkәsinin acınacaqlı vәziyyәti haqqında düşünür artıq. Sәn demә, tәkcә maşınlar, qatarlar, tәyyarәlәr, gәmilәr deyil, kainatdakı hәr şey neftlә - benzinlә işlәyirmiş, neftin dәyәrdәn düşmәsi ilә kainatın da siması dәyişmişdi. İndi o elә miskin, elә bәdbәxt görünürdü ki, imkanları olsaydı, insanlar yaşamaq üçün başqa bir kainata üz tutardılar. Yenidәn ölkәsinә, ölkәsinin insanlarına döndü. Hәr tәrәfdә xaos yaşanırdı vә hәr kәs bu xaosun daxilinә qәpik atmaqla mәşğul idi. Xilas yolları haqda düşünәn yox idi, nә başda oturanların, nә dә ayaq altında qalıb әzilәnlәrin vecinә idi bu ölkә.
Sayfa 103Kitabı okudu
Reklam
Böyüklәr dә elә uşaqlar kimidir, onlara etdiyiniz әn böyük pislik hәr istәdiklәrini alıb onları arzusuz qoymaqdır. Әgәr insalar başqa hәyatların onlarınkından çox da fәrqlәnmәdiyini bilsәydilәr, bilirsiniz necә sarsılardılar.
Sayfa 106Kitabı okudu
İnsanı әn çox gözlәmәdiyi zәrbәlәr çökdürәr.
Sayfa 108Kitabı okudu
Bәzәn hәtta zarafatla, sözgәlişi, düşünülmәdәn deyilәn bir söz dә insanın hәyatını alt-üst etmәk üçün kifayәt edir.
Sayfa 173Kitabı okudu
...Bəlkə də, insanın həyatdakı ən ali hədəfi Allahı tapmaq yox, Allahı axtarmaqdır; bəlkə də, hədəf elə bu axtarışın özüdür, qəti bir söz demək istəmirəm, fəqət bir şey dəqiqdir ki, bu axtarış nəticə verib-verməyəcəyindən asılı olmayaraq çox müqəddəsdir!
Reklam
İsti qarşılanacaqlarından əmin olsaydılar, yəqin ki, bütün gedənlər qayıdardılar...
...ən güclü əsərlər müəllifin ən dəhşət darıxdığı zamanlarda yazılır. Bu məntiqlə həm də etibarsız həyatın, etibarsız dostun, vəfasız sevgilinin hikməti üzə çıxır, ...
... bəzən həqiqəti sükut daha çox izah edə bilir, nəinki söz.
... xilas əməliyyatı iki tərəfli prosedurdur, sən ha əlini uzat, gərək boğulan tərəf özü də xilas olmaq istəyə, yoxsa səni də dartıb batıracaq.
- İndi başa düşürəm ki, zalımdan qabaq zülmə boyun əyənlərlə olmalıymış savaşımız və bu, daha çətin savaşdı!
256 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.