Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İlqar Kamil

İlqar KamilYerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
152
Okunma
38
Beğeni
2.822
Görüntülenme

İlqar Kamil Gönderileri

İlqar Kamil kitaplarını, İlqar Kamil sözleri ve alıntılarını, İlqar Kamil yazarlarını, İlqar Kamil yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qadın jesti sevir, əgər o, evin maddi təminatını kişinin ödəməsindən narahatdırsa, bu işi illah ki, özü də etmək istəyirsə, bu ona görədir ki, kişi bu məsələni zaman - zaman onun başına vurub, jest olduğunu isbatlaya bilməyib. Kişi deyəcək ki, mən min bir əziyyətlə çöldə - bayırda çörək qazanıram ki, siz rahat yaşayasınız və sən səhərdən axşama qədər isti evdə oturur, heç nə etmirsən...Qadın milləti minnəti, psixoloji təzyiqi sevmir.
Sayfa 167Kitabı okudu
Demək, insanı xoşbəxt edən, hədəflərinə çatmasından daha çox, uğrunda yaşayacaq, çalışacaq, vuruşacaq hədəflərinin olmasıdır.
Sayfa 131Kitabı okudu
Reklam
Eh uşaqlıq illəri
Nə qədər ki, uşaqsan sağlamsan; Həyat səni adi bir qoca, topal Xoxu əmi ilə də sevindirə bilir. Əgər eşidilirsə uzaqdan onun "Xoxu morojnoe" səsi, görünürsə içi dondurma dolu göy arabası... Əlində bir ovuc qəpik "şəpitlərini" belə geymədən qaçırsan qaça bildiyin qədər buz kimi şirinliyə doğru...
Sayfa 128Kitabı okudu
"Atam uşaqkən şərt kəsmişdi mənimlə. Bütün dərslərdən 5 ala bilsəydim, mənə velosiped alacaqdı. Sırf bu üzdən bəzi dərslərdən 4 alardım. Axı bilirdim, atamın velosiped almağa pulu çatmır."
Sayfa 103Kitabı okudu
Ən çox da doğmamıza, dostumuza, yaxınımıza qarşı diqqətsiz oluruq, deyirik, canımdır də, özümüzünküdür, bir söz deməz. Halbuki hamıdan çox ona diqqət ayırmalıyıq.
"Qadının ev işlərini görməsi, onun borcu deyil, həyat yoldaşına olan jestidir!"
Reklam
"Dünən bir qonşumuz acından öldü, yasında qoçlar kəsdilər."
Həzrəti Məhəmməd (s):" Sevmədiklərimizə səbir etmədikcə, sevdiklərinizə qovuşa bilməzsiniz!" - deyə buyurur.
Allah qurban ayini ilə bizə ictimai məsuliyyət, sosiallaşma, həmkarlıq, paylaşma aşılayır. Təqva bu davranışların toplusuna deyilir! Təkcə özü üçün yaşamaq məsuliyyətsizlik, təqvasızlıqdır!...
İnstinktiv olaraq kitaba münasibətimiz də qəribədir, bir şey kitabda yazılıbsa, demək, həqiqətdir.
Reklam
İstəkləri ehtiyaclarını üstələməyən gözütox insan qıtlığı yaşayır dünyamız, orucluğun dərdi bu, Ramazan ayının sözü bu. Dərhal yaxamızı kənara çəkib onu-bunu lənətləməyək, bizim də payımız var dünyamızın bu hala düşməsində, israfkarıq, çox israfkarıq, sadəcə, fərqində deyilik. Suyu tikanların dibinə töküb gülləri susuz qoymağın başqa adıdır israfkarlıq. Məsələn, xatirimdədir, bir dəfə gündə iki paçka siqaret çəkən dostumuzun xərclədiyi pulu hesablayıb görmüşdük ki, İlahi, aylıq düz 6 min rubl edir. Təsəvvür edirsiniz, adam ayda 6 min rublu (təqribən 150 manat) öz əlləriylə yandırıb atırmış oda, halbuki o pulla nə qədər dərdə dərman olmaq olardı, bir düşünün. Odur ki yeri var, o misra gözümüzün gördüyü hər yerə yazılıb asılsın, hər gün silkələsin bizi, hər gün də utandırsın: Kimlərsə acından ölür sən öz payınla doymursan deyə.
Sayfa 140
Sonra birdən bir isti əl toxunacaq çiynimə, qorxa-qorxa çevriləcəm, baxacam ki, Tanrıdır. Sevinəcəm, ağlayacam, deyəcəm ki, İlahi... Sus, deyəcək. Mən bilirəm, Bilirəm haran ağrıyır.
İlqar Kamil
İlqar Kamil
"Ənə la uhibbul afilin!" Bu cümləni tərcüməçilər, adətən, "mən batanları sevmirəm" deyə tərcümə edirlər, mənimsə beynimdə həmişə, haradansa, necəsə belə mənalanıb bu ayə: mən gah batıb, gah çıxanları sevmirəm! Eynən bu ayələri də ilk dəfə oxuyanda həzrəti görmək, bağrıma basmaq istəmişdim: mən də, mən də elələrini sevmirəm, ustad; gah gəlib, gah gedənlər, gah sevib, gah nifrət edənlər, gah belə, gah elə olan buqələmunları! İnsan sikkə deyil ki, iki üzü olsun.
Sayfa 116
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə, sevir, sındırırsa, nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.
307 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.