Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Kamil

İlqar KamilYerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
153
Okunma
38
Beğeni
2.927
Görüntülenme

İlqar Kamil Gönderileri

İlqar Kamil kitaplarını, İlqar Kamil sözleri ve alıntılarını, İlqar Kamil yazarlarını, İlqar Kamil yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İstəkləri ehtiyaclarını üstələməyən gözütox insan qıtlığı yaşayır dünyamız, orucluğun dərdi bu, Ramazan ayının sözü bu. Dərhal yaxamızı kənara çəkib onu-bunu lənətləməyək, bizim də payımız var dünyamızın bu hala düşməsində, israfkarıq, çox israfkarıq, sadəcə, fərqində deyilik. Suyu tikanların dibinə töküb gülləri susuz qoymağın başqa adıdır israfkarlıq. Məsələn, xatirimdədir, bir dəfə gündə iki paçka siqaret çəkən dostumuzun xərclədiyi pulu hesablayıb görmüşdük ki, İlahi, aylıq düz 6 min rubl edir. Təsəvvür edirsiniz, adam ayda 6 min rublu (təqribən 150 manat) öz əlləriylə yandırıb atırmış oda, halbuki o pulla nə qədər dərdə dərman olmaq olardı, bir düşünün. Odur ki yeri var, o misra gözümüzün gördüyü hər yerə yazılıb asılsın, hər gün silkələsin bizi, hər gün də utandırsın: Kimlərsə acından ölür sən öz payınla doymursan deyə.
Sayfa 140
Sonra birdən bir isti əl toxunacaq çiynimə, qorxa-qorxa çevriləcəm, baxacam ki, Tanrıdır. Sevinəcəm, ağlayacam, deyəcəm ki, İlahi... Sus, deyəcək. Mən bilirəm, Bilirəm haran ağrıyır.
İlqar Kamil
İlqar Kamil
Reklam
"Ənə la uhibbul afilin!" Bu cümləni tərcüməçilər, adətən, "mən batanları sevmirəm" deyə tərcümə edirlər, mənimsə beynimdə həmişə, haradansa, necəsə belə mənalanıb bu ayə: mən gah batıb, gah çıxanları sevmirəm! Eynən bu ayələri də ilk dəfə oxuyanda həzrəti görmək, bağrıma basmaq istəmişdim: mən də, mən də elələrini sevmirəm, ustad; gah gəlib, gah gedənlər, gah sevib, gah nifrət edənlər, gah belə, gah elə olan buqələmunları! İnsan sikkə deyil ki, iki üzü olsun.
Sayfa 116
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə, sevir, sındırırsa, nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.
"Məni olduğum kimi qəbul et" tələbi kim(lər)insə öz tənbəlliyinə qazandırdığı estetik bəraətdən başqa bir şey deyil.
Reklam
Və mən razı deyiləm “ackən sən sən deyilsən" deyən o kapitalist, publisist reklamla, əksinə, əzizim, ackən sən əsl sənsən və incikkən və əsəbiykən!
Elə güclü olacaqsan ki, heç kim, heç nə sakitliyini poza bilməsin! İmam Əli (ə)
Qəribliyin ən ağırı insanın özündən uzaq düşməsidir.
307 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.