Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Kamil

İlqar KamilYerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
153
Okunma
38
Beğeni
2.880
Görüntülenme

İlqar Kamil Yorumları ve İncelemeleri

İlqar Kamil yorumları ve incelemelerini, İlqar Kamil kitabı hakkındaki okur görüşlerini , İlqar Kamil puanlarını 1000Kitap'ta bulabilirsiniz.
196 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İlqar Kamil: "Anam üçün"
Kitabı oxumayın ki... Söhbət edin onunla, həmdəminiz olsun. Ağlayın, gülün, üzülün, sevinin onunla. Çünki müəllifim insan psixologiyasının ən dərin qatlarına enib orada təhlillər aparmaq, obrazlarla yaşamaq, onları oxucuya sevdirmək işinə çox gözəl bələddir. Hər başlıqda xüsusi bir sevgi qatıb hekayəsinə yazıçım. Məsələn, yol haqqında elə cümlələr
Anam Üçün
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202330 okunma
216 syf.
5/10 puan verdi
·
13 saatte okudu
"Torpağa su qatılanda palçıq, qan qatılanda Vətən olarmış" - bu məlum həqiqət kəndimizin iki şəhid anası, müqəddəs anası, ocaq anası Ziba xanımın dilində necə böyük səslənirdi, İlahi! Bir var, sən torpaqla bütünləşirsən, bir də var, torpaq səninlə bütünləşir. Salam. Hər vaxtınız xeyr dostlar.. Ölümüylə Azərbaycan xalqının "Böyük Vətən müharibəsi"ni başladan generalımız Polad Həşimovun həyat yolundan bəhs edən "Polad Həşimov xatirələrdə" kitabının təhlil edilmiş formasında yazılmış "Polad necə bərkidi?" kitabıyla sizləri tanış edim. Dediyim kimi və mənim fikrimcə, hər bir azərbaycanlı oxucu kimi, oxuduğu kitabdan təsirlənmiş və duyğulanmış İlqar Kamil yaşadığı hissləri bu kitabda qələmə alıb. Polad Həşimov ölümüylə tarix yazan sərkərdə kimi oldu hamının gözündə. Onun ölümüylə xalqın qəhrəman oğullarının ürəyində intiqam atəşi yandı. Və bu atəş 44 günə "ermənistan ordusunu" torpaqlarımızdan təmizlədi. Kitabı oxuyarkən "Polad Həşimov xatirələrdə" kitabını paralel oxuyurmuş kimi hiss etdim özümü. Təhlilimi elə kitabdakı bir alıntı ilə bitirmək istəyirəm... Bəli, insan olmaq! Və məncə, general Həşimov təkcə peşəkar hərbçi (oxu: dahi) olduğu üçün deyil, daha çox insan olduğu üçün belə şiddətlə sevildi - yəni Poladı Polad edən insanlığı, dürüstlüyü oldu. Elə işinin peşəkarı edən də!
Polad Necə Bərkidi
Polad Necə Bərkidiİlqar Kamil · Parlaq İmzalar · 202019 okunma
Reklam
232 syf.
8/10 puan verdi
·
3 günde okudu
Məsələyə dini baxımdan yanaşmağı romanın adından təxmin edilə bilər.Ancaq kifayət qədər qarşılıqlı ittihamlar arasında açıq qalan suallara yer verilir,o qədər də dərin mənalı olduğunu demək olmaz
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
376 syf.
·
Puan vermedi
Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs etsə də, Azərbaycan ədəbiyyatında az işlənmiş parapsixologiya, ölümdən sonrakı həyat, ölümə yaxın təcrübə kimi məsələləri də incəliyinə qədər çatdırmışdır. Müəllif ilk romanı ilə həqiqətən uğurlu bir addım atıb desəm, yanılmaram. Həm qeyri-adi süjet xətti,
Ayrılıq
Ayrılıqİlqar Kamil · Parlaq İmzalar · 201520 okunma
232 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 günde okudu
Hekayət bir qadının ən çətin, daha çox diqqətə və qoruyucu bir insana ehtiyacı olduğu dövrləri əhatə edir. Romanın da adından göründüyü kimi yerlə göy arasında qalan qadın öz xilaskarınımı seçməli, yoxsa onun himayəsinə ən çox ehtiyacı olduğu zaman tənha qoyan, baş verən hadisələrdən xəbərdar etməyən nişanlısınımı?..Yazıçı Cavanşir və Səxavətin timsalında qorxmazlığı, zülmə boyun əyməmək kimi mövzuları müqayisə etmişdir...
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
232 syf.
8/10 puan verdi
Uzun müddət idiki belə gözəl sevgi romanı oxumurdum.O qədər təsirli,o qədər gözəl idiki.Onu deyimki kitab o qədər axici yazilibki bir səhifə daha daha deyə-deyə kitabı bitirdim.Amma sonu məni hüsrana uğratdi. sonu yıxdı məni.Niye? nədən? Deyib durdum.Bəlkə yuxudu ,bəlkə ani hadisə olar veziyyət dəyişər deyə son vərəqə kimi ümid etdim. Amma hüsrana uğramasaydim kitab bu qədər yadda qalmazdi mənim üçün adi bir roman olardi.Kitabin sonu romanı adiləşdirmədi daha da məna qatdi Roman Novxanıda baş verən hadisələrdən bəhs edir.Leyla gənc müəllimədi və Səxavət adlı tarix müəllimi ilə nişanlıdı.Lakin bir gün Leylanı sex müdürü,ata şotuna yaşayan,evli olan Nadir görür və necə olur olsun Leylanı həyat yoldaşı etmək istəyir.Nadir Səxavəti yanına çağırır və onu hədələyir.Səxavət məcbur olur nişanı qaytarır.Kənd camaatı Nadirə dur demədi,qarşı çıxmadı,amma bir nəfər Nadirlə mübarizə apardı.Bu şəxs Cavanşir idi.Nə olur olsun Leylanı Nadirdən qurtarmaq üçün yol axtarır.Bəs Leyla onu atıb gedən Səxavəti üstün tutacaq yoxsa onun üçün canını verməyə razı olan Cavanşir mi?
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
Reklam
232 syf.
5/10 puan verdi
·
3 günde okudu
Səxavət və Leyla nişanlıdırlar. Həmin kənddə yaşayan və evli olan Nadir isə Leylanı sevir. Buna görə də hədə-qorxu ilə onları ayırır, ailəsindən Leylanı istəyir. Bütün bunlara şahid olan qorxusuz Cavanşir isə Nadirə qarşı durur. Əsərin sonu haqqında danışmaq istəmirəm. Amma bunu deyim ki, sonu gözlənilməz bir şəkildə bitdi. Mən əsərin mövzusunu bir az Türkiyə seriallarına bənzətdim. Bədii dili isə o qədər də gözəl deyildi. Oxuduğum klassiklər, bestselllərdən sonra əsərin dili məni qane etmədi. Mütləq oxunacaq əsərlərdən olmasa da, müraciət etmək olar
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
376 syf.
7/10 puan verdi
İlqar Kamil- Ayrılıq mütləqdir Yazardan oxuduğum ikinci kitab oldu. İlk oxuduğum isə"Yerlə göy arasında"romani olmuşdu. Bu kitabı dəhşətli dərəcədə bəyənmişdim.Amma bu dəfə oxuduğum kitabı isə demək olar ki, sevmədim. Kitab hədsiz uzadılmış söz yığını kimi gəldi mənə️. Düzdü bəzi məqamları maraqlı idi,amma çox uzadılmış və məişət üslubunda yazılmışdır. Hə birdə kitabı oxuyanda koreya serialı izləmiş kimi oldum. Kitab bir tərəfdən dindən, hədislər, namazdan, kəlamlardan danışılirKitabın mövzusu haqqında qısa olaraq onu deyə bilərəm ki, Ayşən və Yusifin sevgisindən bəhs edir.Sosial şəbəkədən tanış olub,bir müddət danışıb, dərdləşirlər. Yusif erkən yaşda əvvəlcə atasını sonra isə anasini itirir. Ayşən də öz anasını itirib. Onları birləşdirən cəhətlər var. . Ayşən və Yusif heç yerə gedə bilmədikləri bir yerə düşürlər. Onlari yarım saatlıq keçmişlərini axtarmaq üçün icazə verirlər.Və bütün axtarışların nəticəsində isə gözlənilməz hadisə baş verir.Düzünə qalsa kitab əlimdən süründü, amma yarım qoymamaq üçün özümü güclə saxladim. Yeganə olaraq kitabın sonu mənə təsir etdi. Kitabi mütləq oxumalisiz demirəm , oxumasanizda nəsə itirməzsiz. Tövsiyə etmirəm
Ayrılıq
Ayrılıqİlqar Kamil · Parlaq İmzalar · 201520 okunma