Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlyas Efendiyev

İlyas EfendiyevSöyüdlü Arx yazarı
Yazar
8.8/10
436 Kişi
2.009
Okunma
171
Beğeni
9,8bin
Görüntülenme

İlyas Efendiyev Sözleri ve Alıntıları

İlyas Efendiyev sözleri ve alıntılarını, İlyas Efendiyev kitap alıntılarını, İlyas Efendiyev en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsan hər şeyə necə tez alışır, hər şeyi necə tez unudur!
Sayfa 184 - Azerbaycan KlasikleriKitabı okudu
Hər şey, hərkəs məndən bir əbədiyyət qədər uzaq idi. Mən özüm üçün oxuyurdum.
Sayfa 79 - Azerbaycan KlasikleriKitabı okudu
Reklam
Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə ne əlavə etdik?
Sayfa 10 - Azerbaycan KlasikleriKitabı okudu
"Mən yalqızlığı sevmirəm. Mən təklikdən qorxuram."
Sayfa 44 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Görünür, rəhmətlik nənələrimiz bilirlərmiş ki, bu dünyada qızların dərdi oğlanlarınkından çox olur."
Sayfa 25 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən olmasaydım, bu gözəl gecə nə itirərdi?"
Sayfa 9 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
Reklam
"Fikir elədikcə, yanıb-tökülürsən, heç birinin yeməkdən, içməkdən korluğu yox, inişilin buğdası bu ilə qalır. Ancaq di gəl ki, oxumurlar. Birisi əlinə qəzet götürmür ki, görsün dünyada nə var, nə yox. Bax, bu Kərimin qızı bilir, tapşırmışam, rayona nə kitab gəlsə, əvvəlcə bura göndərirlər. Ancaq nə olsun? Deyirəm, ay zalım uşağı, nə vaxtacan dünyadan bixəbər olub qalacağıq? Oxuyun da!"
Sayfa 46 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir zaman özümü indiki kimi yalqız hiss etməmişdim. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı. İnstitutda oxuduğum zaman gələcək, yəqin ki, hələ çox uzaq olduğu üçün məni qorxutmurdu. Gəncliyin qəribə xəyalları mənə şirin vədlər verirdi. İndi isə, hər şey çox aydın və sadə idi. Mən bütün arzularıma həmişəlik vida edib, adi bir kənd klubunda işləməyə gedirdim. Arxada qalan bu böyük şəhərə mən vaxtilə necə səssiz-səmirsiz gəlmişdimsə, indi də bu şəhərdən eləcə səssiz-səmirsiz çıxıb gedirdim."
Sayfa 7 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
Əgər bu sevgi mənim azadlığımı, insanlıq ləyaqətimi təhdid edirsə mən ondan imtina edirəm.
"Mənə elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim ağlımızın dərk edə bilməyəcəyi əbədi bir boşluq, bir intəhasızlıq var."
Sayfa 9 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
Reklam
"Mən, yalqızlıq kimi, ağlamağı da sevmirəm. Lakin mən qəlbimin səsini dinləmək istəyirəm. O səs mənim üçün əzizdir. Çünki mənim qəlbim heç bir zaman mənə şikayət etməmişdir. Mən onun səsini dinləmək istəyirəm."
Sayfa 45 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
- Görüm gəlib-eləyən yoxdur ki... - Gələn olsa, nə olar ki? Məgər oxumaq ayıb işdir? -Ayıb iş deyil. Ancaq səhərə ağlınız getməsin. Burada qız xeylağının oxumağına söz elərlər
Sayfa 37 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur..."
Sayfa 16 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"... mənim daha gülümsəməkdən başqa ayrı çarəm qalmamışdır."
Sayfa 15 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq!
Sayfa 172Kitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.