Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İsa Muğanna

İsa MuğannaMahşer yazarı
Yazar
6.8/10
46 Kişi
163
Okunma
20
Beğeni
2.736
Görüntülenme

En Yeni İsa Muğanna Yorumları ve İncelemeleri

En Yeni İsa Muğanna sözleri ve alıntılarını, en yeni İsa Muğanna kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
75 syf.
8/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
"Saz" Azərbaycan yazıçısı İsa Hüseynovun (Muğanna) İkinci Dünya Müharibəsi illərində arxa cəbhədə, Azərbaycan kəndlilərinin həyatındakı ağırlığı, çətinliyi təsvir etdiyi povestidir. Povestdə Sovet orqanlarında çalışan Qılınc Qurbanla, xalqın nümayəndəsi, dünya görüşünün daşıyıcısı İsfəndiyar kişi qarşılaşdırılır. Bəli, bir tərəfdə iki
Saz
Sazİsa Muğanna · Hədəf Nəşrləri · 201527 okunma
·
Puan vermedi
İdeal kimdir?
"Azərbaycan ədəbiyyatında ən sevdiyim nasir kimdir?" sualına heç vaxt dürüst cavab verə bilmirdim. Ta ki, İsa Muğanna ilə tanış olana qədər... Bu əsər haqqında çox eşitsəm də hələ oxumağa tələsmirdim. "Azərbaycanın Dostoyevskisi adlandırılan", "kosmosdan ÜN(səs) eşidərək" əsər yazan yazıçının ədəbiyyatına daxil
İdeal
İdealİsa Muğanna · Hədəf Nəşrləri · 201328 okunma
Reklam
328 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Romanda əsrin iki başlıca qüvvəsi qarşı qarşıya qoyulmuşdur. Bir tərəfdə hürufiliyi, digər tərəfdə isə Səmərqənd amirliyinin qəsbkarlığını görürük. Məhşər romanında görürük ki, İsa Hüseynov sakit, soyuqqanlı yaza bilməmişdir, beləliklə deyə bilərik ki, passiv müşahidəçi pozası yazıçının qələmi ilə uyuşmur. Yazıçı öz qənaitini təkidlə oxucuya çatdırmağa çalışır, rəğbətini, nifrətini gizlətmir. Buna görə də əsərdə durğun təsvirlər nəzərə çarpmır. Məhşərdə müəllifin nitqi aparıcı yer tutur. Akif Hüseynli bu romanı "roman-tədqiqat" adlandırmaq olacağını qeyd edir, çünki müəllif özü qəhrəmanla birliktə düşünür, dövrü təhlil edir, müxtəlif mənbələrdən məlumatlar tutuşdurur. Həmçinin, Akif Hüseynliyə görə deyə bilərik ki, əsərdə sənətkar təxəyyülü ilə tarixçi təfəkkürü toqquşur. Digər tarixi əsərlərdən fərq bundadır ki, bədii tarixi araşdırmalar burada əyani ifadəsini tapmışdır. Akif Hüseynli qeyd edirki tarixi romanda digər əsərlərindən fərqli olaraq bədii təfəkkür mətnin üzərinə çıxarılmışdır. Romanın əsas qayəsi hürufilik təlimini, hərəkatını ucaltmaqdı. Tənqidçi əsərdə fikri qavrayış hissinin qavrayışı üstələdiyi, məntiqi əsaslanmanın lirik boyalara əsaslanmanı kölgədə qoyduğunu qeyd edir. Rasional dramatizm emosional gərginlikdən qüvvətli çıxmışdır. Xülasə, yazıçı canlılığa, ifadəliliyə az nail olmuşdur. Əsərdə sürətlərin etiqadlarının şərhinə,ictimai qayğılara az yer ayrılmışdır. Tənqidçi bunu bilərəkdən edildiyini, əsas diqqəti mətləbə cəmləmək istənilmişdir.
Məhşər
Məhşərİsa Muğanna · Hədəf Nəşrləri · 201360 okunma
328 syf.
8/10 puan verdi
·
8 günde okudu
Əsərdə hürufilik, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şirvanşah İbrahim, Əmir Teymur haqqında məlumat verilir, hürufiliyin Şirvanda, bütün Azərbaycanda yayılması, Şirvanşahlar İbrahimin incə siyasəti, varisi Kəyumərsin ikili düşüncəsi kimi hallar təsvir edilir. "Nəsimi" filmi də bu əsər əsasında çəkilib. Əsəri həm bəyəndim, həm bəyənmədim. Tarixi roman olaraq çox maraqlı idi, lakin bəzi hadisələrin reallıqla əlaqəsi yox idi.
Məhşər
Məhşərİsa Muğanna · Hədəf Nəşrləri · 201360 okunma
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.