Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məmməd Araz

Məmməd ArazSeçilmiş Əsərləri yazarı
Yazar
8.2/10
7 Kişi
54
Okunma
22
Beğeni
2.499
Görüntülenme

Məmməd Araz İletileri

Məmməd Araz iletilerini, Məmməd Araz okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
yüz il qulağımın dibində qışqır, ürək eşitməsə, qulaq eşitmir. 🍃
Məmməd Araz
Məmməd Araz
Gözəl
Yenə varaqlandı könül kitabım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Düşündüm gül açır, bülbül oxuyur, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sinəmə bir eşqin sazını asdım, Hər könül nəğməmi o dedi, yazdım. Çox eşqin səsinə qulaq da asdım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Gah odsuz, alovsuz pərvanə oldum, Eşqinlə güləcək divanə oldum. Bəlkə yüz gözələ biganə oldum, Bir sənin, bir sənin eşqinlə, gözəl. Qəm-kədər üzünə tutanda pərdə, Qəmləndi çaylar da, şəlalələr də. Sandım-doğur günəş, gülür səhər də, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sənsiz bir anıma dedim bir ildi, Dərdimi nə bacı, nə ana bildi. Məhəbbət önündə qəddim əyildi, Bir sənin, bir sənin eşqinlə, gözəl.
Məmməd Araz
Məmməd Araz
Reklam
Məni şeirimdə gəz, bir insan kimi. Qəlbimdə nə varsa, ona demişəm. Anadan-bacıdan gizlətdiyimi Kağızdan, qələmdən gizlətməmişəm.🍃
Məmməd Araz
Məmməd Araz
AĞARMA,  SAÇIM,  AĞARMA! Nə erkən sənə dən düşdü, Niyə düşdü, nədən düşdü? Beynimmi qüvvədən düşdü? Ağarma, saçım, ağarma! Arzu sonsuz, ömür yarı...
Gəl yazın ətirli nəfəsi kimi Gizlən saçlarımın arasında sən. Səhər günəşinin zərrəsi kimi Düşüb qal, gözümün qarasında sən.
Məmməd Araz
Məmməd Araz
Bir sənin ,bir sənin eşqinlə,gözəl!
Məmməd Araz
Məmməd Araz
Yenə varaqlandı könül kitabım Bir sənin, bir sənin eşqinlə, gözəl! Düşündüm gül açır, bülbül oxuyur Bir sənin, bir sənin eşqinlə, gözəl! Sinəmə bir eşqin sazını asdım, Hər könül nəğməmi o dedi, yazdım. Çox eşqin səsinə qulaq da asdım Bir sənin, bir sənin eşqinlə, gözəl! Gah odsuz, alovsuz pərvanə oldum, Eşqinlə güləcək divanə oldum. Bəlkə yüz gözələ biganə oldum Bir sənin, bir sənin eşqinlə, gözəl! Qəm-kədər üzünə tutanda pərdə Qəmləndi çaylar da, şəlalələr də. Sandım-doğur günəş, gülür səhər də Bir sənin, bir sənin eşqinlə, gözəl! Sənsiz bir anıma dedim bir ildi, Dərdimi nə bacı, nə ana bildi... Məhəbbət önündə qəddim əyildi Bir sənin, bir sənin eşqinlə, gözəl!
Reklam
Nə bilim?!
Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq, nə bilim? Çətin bir də: daş üstə daş bitirəm, Niyə uçdu bu qalacıq, nə bilim… Damağımda bal sevdanın turş adı… Uşaq ağlım inadını qurşadı. Nə hönkürdü bu naqafil gurşadı? Kimə dedim, - dedi,- ancaq: “nə bilim!” Günlər mənə gün yazmağı unutdu, Gülüm, günüm güllərimi qurutdu. Bu oyunda kim uduzdu, kim uddu, Peşimanı kim olacaq, nə bilim?.. Mən Arazam, səsim tutqun Arazdı, Ha çağırdım, ha yüyürdüm, ha yazdım. İndi daha qaynar təbim ayazdı, İsinərmi bir od-ocaq, nə bilim…
Məmməd Araz
Məmməd Araz
Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq, nə bilim? Çətin bir də daş üstə daş bitirəm, Niyə uçdu bu qalaçıq, nə bilim... Damağımda bal sevdanın turş dadı Uşaq ağlım inadıma qurşadı. Nə hönkürdü bu naqafil gurşadı? Kimə dedim, — dedi, — ancaq: «nə bilim!» Günlər mənə gün yazmağı unutdu, Gülüm, günün güllərimi qurutdu. Bu oyunda kim uduzdu, kim uddu, Peşimanı kim olacaq, nə bilim? Mən Arazam, səsim tutqun Arazdı, Ha çağırdım, ha yüyürdüm, ha yazdım. İndi daha qaynar təbim ayazdı, İsinərmi bir od-ocaq, nə bilim...
Məmməd Araz
Məmməd Araz
"Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik..."
Məmməd Araz
Məmməd Araz
Dünya düzəlmir.
Ömür də tükənir, söz də tükənir, Başımın altından yastıq da qaçır. Əllərdir uçuran, əllər tikəni, Çölümdən yaz qaçır, yazlıq da qaçır, Dünya düzəlmir ki, düzəlmir, baba! Kimdənsə tez durub kimin uşağı İtinə daş atıb beş yüz il qabaq.
73 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.