Mürtəza Müşfiq Kazımi

Qorxulu Tehran yazarı
Yazar
5.0/10
3 Kişi
36
Okunma
1
Beğeni
292
Görüntülenme

En Yeni Mürtəza Müşfiq Kazımi Sözleri ve Alıntıları

En Yeni Mürtəza Müşfiq Kazımi sözleri ve alıntılarını, en yeni Mürtəza Müşfiq Kazımi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“Mən oğluma yaxşı tərbiyə verə bilib cəmiyyətimizdəki fəsadın onu da həmvətənlərim kimi tənbəl və əqidəsiz edəcəyinə yol verməsəm, bəlkə də, özümə görə gələcəyə xidmət etmiş olaram...”
#SpoilerAlert #SpoilerAlert #SpoilerAlert #SpoilerAlert #SpoilerAlert #SpoilerAlert #SpoilerAlert #SpoilerAlert #SpoilerAlert Ağayi F...üssəltənə ilə arvadı həm ağlayır, həm də Məhinin soyuq əllərini öpürdülər. Onlar tək qızları olan gözəl Məhini həmişəlik itirmişdilər. Doktorların söylədiyinə görə, ağayi F...üssəltənənin bir daha övladı olmayacaqdı. Əgər olsaydı da, Məhinin yerini tuta biləcəkdimi?! Çox yaxşı demişlər ki, hər çiçəyin bir qoxusu olar. Məhin bahar çiçəyi kimi hələ qönçə ikən qara torpaqda paymal oldu.
Reklam
İran çaparxanalarında adət olan çay pulu məsələsi qəribə bir işdir. İstədikləri çay pulunu nə olursa, hətta dava, qalmaqalla, lap həyasızlıqla da olsa, müsafirdən alacaqlar. Heç kəsin də müsafirə tərəfdar çıxıb danışmağa haqqı yoxdur. Bu yaramaz adətin ilk dəfə kimlər tərəfindən qoyulduğu məlum deyildir. Əgər belə bir çay pulunu müsafir sürücüyə mütləq verməlisə, onu əvvəldən biletin qiymətinin üstünə gəlməli, müsafirləri hər mənzil başı narahat etməməlidirlər. (İranlıları da dilənçiliyə adət etdirməməlidir.) Gülünc burasıdır ki, əgər sürücü qəflət əsiri olaraq dilicanı və karetanı yolda çevirib müsafirin qol-qabırğasını sındırmış olsa da, yenə ondan “çay pulu” adı ilə ənam və caziyə istəyir.
Doğrusu, qəribə işdir! Bizim zəmanəmizdə aşiq, məşuq, filan... belə şeylər yox idi. “Əmir Aslan”, “İskəndəmamə” və “Hüseyni-Kürd” kitabından başqa bir ədəbiyyat tapılmazdı. İndi bilmirəm, nə olmuş ki, bütün söhbətlər bu mövzuların üstündədir. Bu təqsirlərin hamısı indiki məktəblərdədir! Mən ki ömrümdə roman adlı bir şey oxumamışam: savadım az, hesabdan yığma və çıxmanı belə doğrucasına bilmirəm. Bununla belə məndə nə eyib var? Nəyim əskikdir? Mən hələ bu məlumatımla vəkil, hətta lider belə olacağam! Əgər qızım əziz olmaq və onu övladlıqdan xaric etməməyimi istəyirsə, mənə itaət edib kimə versəm, danışmayıb onu ərliyə və ağalığa qəbul etməlidir”.
Eyş və səyahət üçün avtomobilə minmiş bir əyanın 48 saat ac qalmış bir fəqirin halını düşünə bilməyəcəyi təbiidir!..
Doğrudan da, bir sürü xalqın canını bir nəfər adamın ixtiyarına verən və o bir nəfərə də məqsədinə çatmaq və ya qəsrində rahat kefə qurşanmaq üçün onların qanını mübah edən qanunlara lənət edilməlidir!
Sayfa 273Kitabı okudu
Reklam
41 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.