Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mürtəza Müşfiq Kazımi

Mürtəza Müşfiq KazımiQorxulu Tehran yazarı
Yazar
5.0/10
3 Kişi
33
Okunma
1
Beğeni
213
Görüntülenme

Mürtəza Müşfiq Kazımi Gönderileri

Mürtəza Müşfiq Kazımi kitaplarını, Mürtəza Müşfiq Kazımi sözleri ve alıntılarını, Mürtəza Müşfiq Kazımi yazarlarını, Mürtəza Müşfiq Kazımi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Özünüz deyin: təhsil əvəzinə bütün gününü oynamaqla keçirən, gözübağlı bir qız dünyadan bir şey anlaya bilərmi? Əlbəttə ki, yox! _Qorxulu Tehran_
Eyş və səyahət üçün avtomobilə minmiş bir əyanın 48 saat ac qalmış bir fəqirin halını düşünə bilməyəcəyi təbiidir... _Qorxulu Tehran_
Reklam
Nə etsin ki, bugünkü cəmiyyət içərisində xoşbəxtlik istəyənlər həmişə zülm altında əzilib alçalır?!
Bu dünyanın əzab və məşəqqətlərini çəkmək üçün yeni bir insan həyata gəlirdi!
Təbiətdəki bu qanunu anlaya bilmərəm: nə üçün insan başqasının ölümünə həqarətlə baxır, ancaq öz övladının ölümünə acıyır, ağlayır, sızlayır? Nə üçün insanlar bir-birinin sevincindən təsirlənib dərdlərindən mütəəssir olmurlar?
O, qadının dünyada nə qədər fəryad etsə də, hər şeydən alçaq sanıldığını anlayırdı. O, bir kişi ilə bir qadının müşarət edərsə, indiki dünya qanunları mövcudunca kişinin heysiyyətini itirməmiş olduğunu, ancaq zavallı qadının iffətsiz və ismətsiz elan ediləcəyini bilirdi. Cinayəti erkək törətmiş olsa da, qadın müttəhim edilirdi.
Reklam
Ancaq zavallı bilmirdi ki, Allah çoxlarına ümidlər verir, axırda birdən elə naümid edir ki, həyatın acılarını təhəmmül edə bilməyib bu cür həyatdan qurtarmaq üçün özü-öz xahişi ilə ölüm axtarır, fəqət onu da tapa bilmir!...
560 syf.
8/10 puan verdi
·
4 günde okudu
Bir dövlət düşünün ki, qanunlar var olsa belə tətbiq olunmur, varlılar eyş-işrətlə vaxt keçirir, qadınların təhsilsizliyi onların fəlakəti olmuşdur, yaxşı insanlar əzilir.... Bəli, bu sadaladıqlarımın hamısı XX əsrdə İranın Tehran şəhərində baş verir. Əsərimizin baş qəhrəmanı olan Fərrux Məhin adlı öz bibisi qızını sevir amma var-dövlət düşkünü ata qızını kasıb Fərruxa vermək istəməyib şahzadə Səyavuş Mirzəyə vermək istəyir ki, bir vəzifə əldə etsin. Çərəkədəki duaları oxumaqdan başqa bir elmə, savada malik olmayan anası Mələktac xanım da ərinin tərəfində olur. Səyavuş Mirzə qadın düşkünü, gününü orda-burda keçirən, çox da varlı olmayan biridir amma onun atası Məhinin atasını aldadaraq ondakı mal-dövlətə sahib olmaq üçün saysız-hesabsız mülklərinin olduğunu deyir. Əsərdə bir çox hadisələr baş verir, bir çox insanlarla tanışlıq olur, sonda da hər biri bir nöqtədə birləşir. Çox danışıb dadını qaçırmaq istəmirəm, amma onu deyə bilərəm ki, sonda haqq, ədalət yerini tapır, hər kəs layiq olduğu həyatı yaşayır. Bəs Məhinlə Fərruxa nə olur? Onu da oxuyub özünüz görün :)
Qorxulu Tehran
Qorxulu TehranMürtəza Müşfiq Kazımi · Qanun Nəşriyyat · 202133 okunma
Təbiətdəki bu qanunu anlaya bilmərəm: nə üçün insan başqasının ölümünə həqarətlə baxır, ancaq öz övladının ölümünə acıyır, ağlayır, sızlayır? Nə üçün insanlar bir-birinin sevincindən təsirlənib dərdlərindən mütəəsir olmurlar?
Sayfa 285Kitabı okudu
33 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.