En Eski Mürtəza Müşfiq Kazımi kitaplarını, en eski Mürtəza Müşfiq Kazımi sözleri ve alıntılarını, en eski Mürtəza Müşfiq Kazımi yazarlarını, en eski Mürtəza Müşfiq Kazımi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Təbiətdəki bu qanunu anlaya bilmərəm:nə üçün insan başqasının ölümüne həqarətlə baxır,ancaq öz övladının ölümünə acıyır,aģlayır,sızlayır? Nə üçün insanlar bir-birinin sevincindən təsirlənib dərdlərindən mütəəssir olmurlar?
Qar getdikcə şiddətini artırırdı. Dustaqların paltarları islanmış, su bədənlərinə keçməyə başlamışdı. Onların əlləri bir-birinə bağlandığı üçün üst-başlarına düşən qarı silib təmizləməyə imkanları yox idi. Hər biri min zəhmətlə özünü silkələyir, lakin bu silkələmə çox vaxt onların zərəri ilə nəticələnirdi. Qar boyunlarından kürəklərinə tökülüb daha da onlara əziyyət verirdi…
Ancaq zavallı bilmirdi ki,Allah çoxlarına ümidlər verir,axırda birdən elə naümid edir ki,həyatın acılarına təhəmmül edə bilməyib bu cür həyatdan qurtarmaq üçün özü-öz xahişi ilə ölüm axtarır,fəqət onu da tapa bilmir!..