Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa Yaqub

Musa YaqubPayıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.497
Görüntülenme

En Eski Musa Yaqub Gönderileri

En Eski Musa Yaqub kitaplarını, en eski Musa Yaqub sözleri ve alıntılarını, en eski Musa Yaqub yazarlarını, en eski Musa Yaqub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bəlkə də borcundan çıxmadım vətən, Ömür bahar deyil, bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, Çürüyüm, bir ovuc torpağın artsın.
Payızın hökmüylə əsdi bir külək, Bir yaşıl səltənət çovğuna düşdü. Ağaclar bir yaş da qocaldı demək, Bir yarpaq nəsli də qırğına düşdü.
Reklam
"PAYIZA BAXIRAM" Bu gün duyğum oyaq, düşüncəm oyaq, Bu gün çox arxayın, çox soyuqqanlı, Bir az dərdi-sərdən, qayğıdan uzaq Dayanıb beləcə payıza baxdım. Baxıram… Payızın nəyi olacaq?- Ələnən ələyi, Solan çiçəyi, Soyuyan torpağı Düşən yarpağı. Ayaqlar altında xəzəl o ki var, Tapdayır adamlar, keçir adamlar, Hə, bax, o gedəndi, o da gələndi… İki cavan baxır biri-birinə Bir də belə baxa bilməyəcəklər, Necə ki, mən durub baxıram indi.
386 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 saatte okudu
borcundan çıxmadım vətən, Ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, Çürüyüm, bir ovuc torpağın artsın. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Musa Yaqubun növbəti kitabı bu misralarla başlayır. “Payıza baxıram” adlanan kitaba şairin əsasən son illərdə yazdığı şerlər daxil edilib. “Payıza baxıram”ın giriş hissəsində redaktorların Musa Yaqubun milli-mənəvi və bəşəri dəyərlərdən qaynaqlanan, geniş oxucu auditoriyası tərəfindən sevilən yaradıcılığının bir sıra aspektlərini analiz edən “Ümman sakitliyi” adlı ön sözləri verilib. İndiki əsl kitab boşluğunu layiqincə doldurmağa hesablanmış “Payıza baxıram” Musa Yaqub yaradıcılığının şirəsi saymaq olar. İnanmaq olar ki, kitab ölkə gənclərinin də əsl vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edəcəkdir.
Payıza baxıram
Payıza baxıramMusa Yaqub · Araz Nəşriyyatı · 201019 okunma
Sən adlı o xanım-xatını mənə, Vermədin öz şahlıq taxtını mənə. Qıymadın gül-çiçək vaxtını mənə, Qış olub üstümə niyə gəlmisən?..
Sayfa 307Kitabı okudu
Payız durnam uçub getdin, Bir də dönüb gələrsənmi? Sən dönəndə mən olmasam, Ruhum ilə gülərsənmi?
Sayfa 155Kitabı okudu
Reklam
Arxada xəzəllər, danışın, Ey həşəm güllər, danışın – Cavab verin siz adama Payızdan yaza yol varmı? Mənim yolum yoxdur amma…
Sayfa 177Kitabı okudu
Yorğun düşən bir ah ilə, Durnam, məni agah elə. Açılarmı tutqun səma, Payızdan yaza yol varmı? Mənim yolum yoxdur amma…
Sayfa 177Kitabı okudu
Bu dünyanın qara daşı göyərməz.
Yanğısı nə olar bir alışqanın? Böyük ümidlərlə müdrikəm, pirəm. Ümidsiz olanda bir qarışqanın Zərrə yükünü də çəkə bilmirəm...
Sayfa 1337 - Azərnəşr/ Bakı 2007Kitabı okudu
636 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.