Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Musa Yaqub

Musa YaqubPayıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
44
Okunma
17
Beğeni
3.330
Görüntülenme

Musa Yaqub Sözleri ve Alıntıları

Musa Yaqub sözleri ve alıntılarını, Musa Yaqub kitap alıntılarını, Musa Yaqub en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Vəfasız, dünyadan vəfa umanda, Dünyaya adamın yazığı gəlir.
Mən həyat qədrini, ümid qədrini Ümidsiz olanda, bilmişəm heyhat!
Reklam
Bu dünyada sevinc də var, dərd də var, Hərəsi bir yana çəkər könlümü. Yaxşı ki, namərd yanında mərd də var, Biri söksə, biri tikər könlümü.
Ruhumla söhbət
Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də…
Səbr kasasıdır mənim ürəyim, Səbri ölüb, quru kasası qalıb.
Mənsə öz içimdə çəkib cəzamı, İçib dolaşıram səbr kasamı. Vurub qəzəbimi, boğub hirsimi İldırımlar keçir hər bir əzamdan, Hər dəfə içəndə səbr kasamdan.
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni. Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə.
Reklam
Sözün məlhəm oldu qol-qanadıma, Xeyli yaşadacaq məni bu ümid.
İndi nazın böyük, ürəyin aram Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox. Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq, Onda biləcəksən mənim sevgimi. Biləcəksən, o da çox gec olacaq.
Ya yetir bizləri axır zamana Ya da at ömrümü bir az o yana At məni bir ali-məqam vaxtına, İnsanın səmimi salam vaxtına, Biri-birimizə inam vaxtına Sən məni ədalət taxtına yetir İnsanın insanlıq vaxtına yetir. Həmişə xoş olan halın tövrünə, Ürəyin ən dərin guşələrində Bəslənən sevginin məktub dövrünə. Sən məni məhəbbət mehrinə qaytar Gözəl meşələri hasarsız görüm, Namusu, qeyrəti bazarsız görüm Bir görüm hiyləsiz göz necə olur, Bir görüm pərdəsiz üz necə olur. Bir görüm yalansız söz necə olur. Sən məni ədalət taxtına qaytar İnsanın insanlıq vaxtına qaytar.
Şəfəqlərə ümid olmasa idi, Səhərlərə ümid olmasa idi, Durnalar neylərdi, Biz neyləyərdik?!
Reklam
Beş-altı günlük
Özüm də bilmirəm çatışmır nəyim, Nədənsə təkliyə qaçır ürəyim beş-altı günlük Əvvəlki tövr ilə qaynasın şəhər, Yenə də öz dəcəl uşaqlarıyla oynasın şəhər. Mənimsə könlümdə başqa bir aləm, Bir özüm olaram, bir də düşüncəm beş-altı günlük. Uzaq düşəcəyəm dərdi-sərimdən, İncə bir yalanla çıxıb aradan Qaçmaq istəyirəm əzizlərimdən beş-altı günlük. Biri var könlümü yaman sındırıb, Özü yanan deyil məni yandırıb; Onu da vecimə almayacağam beş-altı günlük. O qədər səbirli olacağam ki, Soyuq baxışlara, nadan sözünə O qədər biganə qalacağam ki, beş-altı günlük.
Ruhumla söhbət
Gözəgörünməzim, can tutalcağım, Salam, Ruhum, salam! Salam dustağım! Hərdən özüm kimi boylanıb göyə, Qışqırma içimdə azadlıq deyə. Səni buraxmaram, yalvarma yetər, Taqəti, mayası sənsən canımın "Sanma bircə ləhzə keşikçim yatar, Fikri qalıb məndə nigahbanımın?" Bütün gündüzümdə, gecəmdə oxu, Ayağım keşikçi, dilim keşikçi - Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə - Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də...
Sayfa 173
Gətirdiyin güllər qaldı mənimlə, Mənimçin isti əl, şirin söz oldu. Könlüm darıxanda baxdım o gülə, O sənin gözünlə mənə göz oldu.
İlk baharı aparılmış Dartım-dartım Budağından qoparılmış Bir pöhrənin Sızıltılı yeri kimi Yerin qalıb ürəyimdə.
Bilirəm özünə tutur qəzəbin, Eh, unutmaq olsa nə var ki, haqdı. Bütün hicranların nədir səbəbi, Elə unutmağı bacarmamaqdı.
544 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.