Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa Yaqub

Musa YaqubPayıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
44
Okunma
17
Beğeni
3.410
Görüntülenme

En Beğenilen Musa Yaqub Sözleri ve Alıntıları

En Beğenilen Musa Yaqub sözleri ve alıntılarını, en beğenilen Musa Yaqub kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Vəfasız, dünyadan vəfa umanda, Dünyaya adamın yazığı gəlir.
Ruhumla söhbət
Gözəgörünməzim, can tutalcağım, Salam, Ruhum, salam! Salam dustağım! Hərdən özüm kimi boylanıb göyə, Qışqırma içimdə azadlıq deyə. Səni buraxmaram, yalvarma yetər, Taqəti, mayası sənsən canımın "Sanma bircə ləhzə keşikçim yatar, Fikri qalıb məndə nigahbanımın?" Bütün gündüzümdə, gecəmdə oxu, Ayağım keşikçi, dilim keşikçi - Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə - Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də...
Sayfa 173
Reklam
Aman, Allahım, Allahım Bir kəpənək yarat məni Çəmən boyu keyfə baxıb Ruhum sevilmək istəyir İzim qaymaq çiçəyindən Zər simə dönmək istəyir.
Sayfa 897Kitabı okudu
XEYLİ YAŞADACAQ MƏNİ BU ÜMİD
Nə yaxşı bu yerdə çıxdın rastıma, Elə bil gün doğdu süst həyatıma. Sözün məlhəm oldu qol-qanadıma, Xeyli yaşadacaq məni bu ümid. Fikrimə, duyğuma çökmüşdü duman, Dumanda sozalan çıraq kimiydim. Səhra günəşinin altında yanan Qovrulub sızlayan torpaq kimiydim. Bu yağış hayandan çiləndi gəldi, Gözümün üstündə şeh gilələndi, Xeyli yaşadacaq məni bu
Sayfa 251
Mən həyat qədrini, ümid qədrini Ümidsiz olanda, bilmişəm heyhat!
Yaşar bu dünyada bir qərib kimi Ötəri sevgilər, köçəri quşlar...
Sayfa 900Kitabı okudu
Reklam
Bu dünyada sevinc də var, dərd də var, Hərəsi bir yana çəkər könlümü. Yaxşı ki, namərd yanında mərd də var, Biri söksə, biri tikər könlümü.
DÜNYA DAHA BİZİM ÜÇÜN NEYLƏSİN
Biz dünyadan, dünya bizdən gileyli, Məcnun küsüb, vəfasızdır ki Leyli. Aləm bizim bütün qüzey-güneyli, Dünya daha bizim üçün neyləsin. Dəryasına balıq verib, qırmışıq, Çöllərinə turac verib, vurmuşuq. Qalanların cələsini qurmuşuq,
Sayfa 355
Ruhumla söhbət
Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də…
Bu Gülün...
Elə pardaxlanıb, elə açılıb, Elə işıqlanıb, elə saçılıb Bu gülün dünyadan xəbəri yoxdur. Ya bir sərt baxışdan, bir aldanışdan, Yalandan, riyadan xəbəri yoxdur. Büllur ləçəyindən nur tökülür ki, Elə fərəhlənir, elə gülür ki, Bu gülün kədərdən xəbəri yoxdur. Bir qəfil əmrdən, nakam ömürdən, Heç gəldi-gedərdən xəbəri yoxdur. Bahar həvəsindən gəlib heyrətə, Elə qurşanıb ki, ilk məhəbbətə Bu gülün xəzandan xəbəri yoxdur. Taledə tərsinə qələm tutandan, Ayrılıq yazandan xəbəri yoxdur. Hələ yanağında kəpənək zəri, İnandırmaq olmaz bu bəxtəvəri, Bu gülün özündən xəbəri yoxdur, Bəxtin tərs üzündən xəbəri yoxdur Amma nə yaxşı ki, yoxdur xəbəri.
Sayfa 515
Reklam
TƏNHA BİR GÜN
Görəsən mən niyə tənhayam, təkəm, Mən gərək yanımda bir ağac əkəm; Əllərim isinsin budaqlarıyla, Silim gözlərimi yarpaqlarıyla. Bir az da mehriban, bir az da həlim Hamar gövdəsini oxşasın əlim. Gah mən ağac olum, gah da o insan,
Sayfa 412
Qaqauz folklorundan
Aman Allahım, Allahım Yaratsana məni bir gül Bir bülbülün qabağında Könlüm nazlanmaq istəyir Bir məhəbbət atəşində Təzədən yanmaq istəyir.
Sayfa 896Kitabı okudu
Səbr kasasıdır mənim ürəyim, Səbri ölüb, quru kasası qalıb.
Mənsə öz içimdə çəkib cəzamı, İçib dolaşıram səbr kasamı. Vurub qəzəbimi, boğub hirsimi İldırımlar keçir hər bir əzamdan, Hər dəfə içəndə səbr kasamdan.
HARDASIZ, İNSAN ADAMLAR?
Hardasız, hardasız, insan adamlar? Ah, bu cin adamlar, şeytan adamlar, Ah, bu şər adamlar, böhtan adamlar Bu yalan adamlar, ilan adamlar, Bu çalan adamlar öldürdü bizi. Bu qədər işıqlı göllər yanında, Çiçəklər yanında, güllər yanında, Baxçalar yanında, bağlar yanında, Bu qədər ucalan dağlar yanında, Bu alçaq adamlar, calaq adamlar, Bu alaq
Sayfa 126
544 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.