Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa Yaqub

Musa YaqubPayıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.484
Görüntülenme

En Beğenilen Musa Yaqub Gönderileri

En Beğenilen Musa Yaqub kitaplarını, en beğenilen Musa Yaqub sözleri ve alıntılarını, en beğenilen Musa Yaqub yazarlarını, en beğenilen Musa Yaqub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Vəfasız, dünyadan vəfa umanda, Dünyaya adamın yazığı gəlir.
Aman, Allahım, Allahım Bir kəpənək yarat məni Çəmən boyu keyfə baxıb Ruhum sevilmək istəyir İzim qaymaq çiçəyindən Zər simə dönmək istəyir.
Sayfa 897Kitabı okudu
Reklam
Ruhumla söhbət
Gözəgörünməzim, can tutalcağım, Salam, Ruhum, salam! Salam dustağım! Hərdən özüm kimi boylanıb göyə, Qışqırma içimdə azadlıq deyə. Səni buraxmaram, yalvarma yetər, Taqəti, mayası sənsən canımın "Sanma bircə ləhzə keşikçim yatar, Fikri qalıb məndə nigahbanımın?" Bütün gündüzümdə, gecəmdə oxu, Ayağım keşikçi, dilim keşikçi - Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə - Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də...
Sayfa 173
XEYLİ YAŞADACAQ MƏNİ BU ÜMİD
Nə yaxşı bu yerdə çıxdın rastıma, Elə bil gün doğdu süst həyatıma. Sözün məlhəm oldu qol-qanadıma, Xeyli yaşadacaq məni bu ümid. Fikrimə, duyğuma çökmüşdü duman, Dumanda sozalan çıraq kimiydim. Səhra günəşinin altında yanan Qovrulub sızlayan torpaq kimiydim. Bu yağış hayandan çiləndi gəldi, Gözümün üstündə şeh gilələndi, Xeyli yaşadacaq məni bu
Sayfa 251
Öyrətmə özünə, öyrətmə məni...
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni... Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə... Yox buna təqatim, yox buna tabım Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var, Hicranın köz basmış yanıqları var - Mənim dərdlərimin ayaqları var - Harda olsa gəlib tapacaq məni, Yaxıb yandıracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Musa Yaqub
🥀
Mən həyat qədrini, ümid qədrini Ümidsiz olanda, bilmişəm heyhat!
Reklam
Yaşar bu dünyada bir qərib kimi Ötəri sevgilər, köçəri quşlar...
Sayfa 900Kitabı okudu
Bu dünyada sevinc də var, dərd də var, Hərəsi bir yana çəkər könlümü. Yaxşı ki, namərd yanında mərd də var, Biri söksə, biri tikər könlümü.
DÜNYA DAHA BİZİM ÜÇÜN NEYLƏSİN
Biz dünyadan, dünya bizdən gileyli, Məcnun küsüb, vəfasızdır ki Leyli. Aləm bizim bütün qüzey-güneyli, Dünya daha bizim üçün neyləsin. Dəryasına balıq verib, qırmışıq, Çöllərinə turac verib, vurmuşuq. Qalanların cələsini qurmuşuq,
Sayfa 355
636 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.