Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nəbi Xəzri

Nəbi XəzriSeçilmiş Şiirler yazarı
Yazar
8.5/10
9 Kişi
39
Okunma
12
Beğeni
1.160
Görüntülenme

En Yeni Nəbi Xəzri İletileri

En Yeni Nəbi Xəzri iletilerini, en yeni Nəbi Xəzri okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Onlar görüşdülər... Aylı gecəydi.. Oğlan pıçıldayır: "Sevirəm" dedi, - Əhdindən dönənin gözü oyulsun! Ay da sevgimizə qoy şahid olsun! Onlar ayrıldılar... Aylı gecəydi.. Oğlan başqasına: "Sevirəm" dedi, Ay girdi buluda üzündə kədər, Qorxdu, bir də onu şahid çəkərlər..
Nəbi Xəzri
Nəbi Xəzri
Dərdlilər dünyada yarı peyğəmbər. Dərdsizlər dünyada yarım insandır!
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
Gəl - demək istəyir gəl - deyə bilmir. Əllər dediyin dil deyə bilmir.
Nəbi Xəzri
Nəbi Xəzri
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Sən gəldin, Zülmətdən gün çıxdı birdən, Nə qədər ecazkar göründü cahan? Səni gözləmişdim ömrüm boyu mən, Söylə, bəs hardaydın sən bu vaxtacan? Elə bil üzləşdim ilahi sirlə, Bu nə möcüzədir, bu nə heyrətdir?! Məhəbbət ölçülmür illə, əsrlə, Məhəbbət ölçüsü əbədiyyətdir. Zöhrə ulduzu tək yanıb obaşdan, Üfüqlər aşırdın xəyallarımda. Sən hələ dünyaya göz açmamışdan, Küsüb-barışırdın xəyallarımda. Sən gəldin ömrümün qarlı qışında, Ruhumda ehtiras, ürəyimdə qəm. Cənnət qapısının elçi daşında, Hazırdım min il də səni gözləyəm.
Nəbi Xəzri
Nəbi Xəzri
Onlar görüşdülər... Aylı gecəydi.. Oğlan pıçıldayır: "Sevirəm" - dedi, – Əhdindən dönənin gözü oyulsun! Ay da sevgimizə qoy şahid olsun! Onlar ayrıldılar... Aylı gecəydi.. Oğlan başqasına: "Sevirəm" - dedi, Ay girdi buluda üzündə kədər, Qorxdu.. bir də onu şahid çəkələr..
Nəbi Xəzri
Nəbi Xəzri
🪶
Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?!
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?!
Düşündüm, ayrıldıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?!
Nəbi Xəzri
Nəbi Xəzri
Mən bir dənizəm ki, eşqim səhərdir, Səni düşünürəm, əzizim, yenə. Mənim dalğalarım xatirələrdir, Qoy çatsın qəlbinin sahillərinə.
Nəbi Xəzri
Nəbi Xəzri
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.