Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nəbi Xəzri

Nəbi XəzriSeçilmiş Şiirler yazarı
Yazar
8.5/10
9 Kişi
39
Okunma
12
Beğeni
1.129
Görüntülenme

Nəbi Xəzri İletileri

Nəbi Xəzri iletilerini, Nəbi Xəzri okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Onlar görüşdülər... Aylı gecəydi.. Oğlan pıçıldayır: "Sevirəm" -dedi, - Əhdindən dönənin gözü oyulsun! Ay da sevgimizə qoy şahid olsun! Onlar ayrıldılar... Aylı gecəydi... Oğlan başqasına: "Sevirəm" -dedi Ay girdi buluda üzündə kədər, Qorxdu, bir də onu şahid çəkərlər..
Nəbi Xəzri
Nəbi Xəzri
Dərdlilər dünyada yarı peyğəmbər. Dərdsizlər dünyada yarım insandır!
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Sən gəldin, Zülmətdən gün çıxdı birdən, Nə qədər ecazkar göründü cahan? Səni gözləmişdim ömrüm boyu mən, Söylə, bəs hardaydın sən bu vaxtacan? Elə bil üzləşdim ilahi sirlə, Bu nə möcüzədir, bu nə heyrətdir?! Məhəbbət ölçülmür illə, əsrlə, Məhəbbət ölçüsü əbədiyyətdir. Zöhrə ulduzu tək yanıb obaşdan, Üfüqlər aşırdın xəyallarımda. Sən hələ dünyaya göz açmamışdan, Küsüb-barışırdın xəyallarımda. Sən gəldin ömrümün qarlı qışında, Ruhumda ehtiras, ürəyimdə qəm. Cənnət qapısının elçi daşında, Hazırdım min il də səni gözləyəm.
Nəbi Xəzri
Nəbi Xəzri
Gəl - demək istəyir, gəl - deyə bilmir, Əllər dediyini dil deyə bilmir...
Nəbi Xəzri
Nəbi Xəzri
Dəniz, Göy, Məhəbbət...
– Dənizi hədiyyə verirəm sənə… Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. – Mən isə… göyləri verirəm, – dedin… Ayrıldıq qəribə hədiyyələrlə, Göylər eşqim kimi mənə əzizdir. Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Onlar görüşdülər... Aylı gecəydi.. Oğlan pıçıldayır: "Sevirəm" dedi, - Əhdindən dönənin gözü oyulsun! Ay da sevgimizə qoy şahid olsun! Onlar ayrıldılar... Aylı gecəydi.. Oğlan başqasına: "Sevirəm" dedi, Ay girdi buluda üzündə kədər, Qorxdu, bir də onu şahid çəkərlər..
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
Eşq şeiri
Mən bir dənizəm ki, eşqim səhərdir, Səni düşünürəm, əzizim, yenə. Mənim dalğalarım xatirələrdir, Qoy çatsın qəlbinin sahillərinə. Əsl məhəbbət ki, böyük hünərdir, Coşar ümman kimi təzə arzular. Mənim dalğalarım xatirələrdir, Orda tufan da var, burulğan da var. Dənizəm, eşqimdən qaçmaq hədərdir, Mən ki, adlayıram çölü, çəməni. Mənim dalğalarım, xatirələrdir, Gecə də, gündüz də tapacaq səni. 🌊
Nəbi Xəzri
Nəbi Xəzri
Aylı gecə... Göy dərədə səslənir bulaq, Əfsanəvi zümzüməsi "şeiriyyət" deyir. Əsir külək, dinir meşə, danışır qovaq, Mənim ürək sözlərimi təbiət deyir. Bağlanmışdır könül sənə, etibar sənə, Yollarıma işıq saçan məhəbbətindir. Mən vermişəm ürəyimi yadigar sənə, Sənin mənə yadigarın sədaqətindir. Aylı gecə, çay kənarı, suların səsi… Ürəyimin məhəbbəti tər çiçəyimdir, Dinlə, yaşıl bağçadakı bülbül nəğməsi Öz ümidim, öz sevincim, öz diləyimdir.
Nəbi Xəzri
Nəbi Xəzri
İstəsən sükuta bürünsün cahan, Heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan O ani, o ani görüşlərini. İstəsən, qoy olsun! Nə danış, nə din! Al indi o əziz günləri məndən. İstəsən bir sabah mənə verdiyin Sədaqət andını al geri məndən. İstəsən, al məndən düşəndə kölgə Yaşıl meşələrin pıçıltısını. Bizimçün darıxan sahillə birgə, Al məndən dənizin parıltısını. Fəqət, soyuq baxma sən gendən, gözəl! Sənsiz günəşsizdir bu göy, bu torpaq. Hər şeyi, hər şeyi al məndən, gözəl, Təkcə ümid qalsın qoy məndə ancaq. Ümid – bir dünyalıq sükut içində, Bir dünyaya dəyən gülüşlərindir. Ümid – bir şimşəkdir bulud içində, O ani, əbədi görüşlərindir...
Nəbi Xəzri
Nəbi Xəzri
Öz məğrur eşqimdə təmənnasızam, Bir damla istəsəm, Bir ümman istə… Mən ki, bir dünyalıq baharam, yazam, Bircə gül istəsəm, Gülüstan istə. Mənə ulduz boyda işıq ver desəm, Sən məndən Günəşli asiman istə. Haçan bir saatlıq görüş istəsəm, Sən bütün ömrümü Ərməğan istə.
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
"Cəbhədən qaçan oğlan"
O cəbhədən qaçıb gəldi, gəldi ata evinə Döydü doğma bir qapını o sevinə-sevinə -Ana -Necə qapı açım mən cəbhədən qaçana? -Mən gəldim sizi görüm.
Şeir oxuyarkən...
O, sevdiyi qıza   şeir oxudu, Döndü misralara   qəlbinin odu! Oxudu eşqindən,   məhəbbətindən, Taleyin ən ulu   həqiqətindən. Düşündü: söz axsın   duyğular kimi, Ürəkdə kükrəyən   dalğalar kimi. Susdu, nəfəsini   bir anlıq dərdi: — Şerin yaxşı mənə   yuxu gətirdi! Uçuldu İlhamdan   qızıl taci-taxt! Bəlkə qız haqlıydı, Şairsə bədbaxt!
Nəbi Xəzri
Nəbi Xəzri
Qadınsız ev
Çiyinlərdə yerin-göyün qəmidir, Ah çəkirsən asimana yetişir. Qadınsız ev - tufandakı gəmidir, O nə batır, nə limana yetişir. Ağır dərdlər faciənin gücüdür, Nə sevinib, nə də gülə bilirsən. Qadınsız ev - xəstəxana küncüdür,
Coşan qəlbin hər kinini, hər nifrətini Gen dərələr, uca dağlar duya bilərmi? Əli qanlı bir dünyanın cinayətini Yağan yağış, axan sular yuya bilərmi?
Nəbi Xəzri
Nəbi Xəzri
Birgə döyünməyən ürəklər, görən, Necə addımlayır dünyada birgə?
Nəbi Xəzri
Nəbi Xəzri
46 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.