Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Nizami Gəncəvi

Nizami GəncəviLeyla ile Mecnun yazarı
Yazar
8.6/10
395 Kişi
2.124
Okunma
224
Beğeni
11,5bin
Görüntülenme

Nizami Gəncəvi Gönderileri

Nizami Gəncəvi kitaplarını, Nizami Gəncəvi sözleri ve alıntılarını, Nizami Gəncəvi yazarlarını, Nizami Gəncəvi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Eşqdir mehrabı uca göylərin, Eşqsiz,ey dünya,nədir dəyərin?! Eşqin qulu ol ki,doğru yol budur, Ariflər yanında,bil, eşq uludur.️
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır, Tut başqa əməl, olma, gözəl, gəl belə kafər. Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna, Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Nizami Gəncəvi
Nizami Gəncəvi
Reklam
Bir yerdə göyərti bitməsə əgər, Orda canlı məxluq necə ömr edər?
Sayfa 148
"Görün yeddi ölkə hakimi olan İskəndər dünyadan köçdüyü zaman O saysız-hesabsız xəzinələrdən Bir ovuc torpaqdır əlində gedən! Sizin də dünyadan gedərkən ancaq Payınız bir ovuc torpaq olacaq!..."
Bir bədən gümüştək ağarıb solsa, Nə fayda tabutu qızıldan olsa?
Könüldən gəlməyən dua, yaxşı bil, Mənasız bir işdir, ibadət deyil. Sidq ilə ibadət eləsə insan, Naümid qayıtmaz haqq dərgahından.
Reklam
Kim tikan əkərsə, tikan dərəcək, Kim nicat verərsə, nicat görəcək.
Nə qədər məsuddur şən həyat quran, Tamah süfrəsindən az bir şey uman, Malı olsa belə, kifayət qədər, Yenə iş adamı çalışar, işlər.
Dikbaşlıq
Dikbaşlıq yaramaz, uyuşmaq gərək, Dikbaş at hər zaman qırmanc yeyəcək. Dikbaşlıq edərsə ən gözəl bir at. Misir eşşəyindən əskikdir qat-qat.
Sayfa 389 - LiderKitabı okudu
Reklam
İqtisadiyyat 101
Xaqanın gəliri keçsə də ələ, Sel kimi axıtma, yağıştək xərclə. Malından bir az ye, bir az ver, ancaq Başqalar üçün də azacıq burax. Yemə var-yoxunu, çox yaşayarsan, Yoxsulluq yamandır qocalan zaman. Dağıtma əlində var isə sərvət, Bihudə yeməkdən çəkırsən zəhmət. Xərclərkən ölçüdən gəl götürmə əl, Nə artıq, nə əskik - ortadır gözəl.
Sayfa 300 - LiderKitabı okudu
Sülh və ədalət
Döyüşdən yaxşıdır barışıq, şəfqət, Biri dərd gətirər, biri səadət. Qüvvətli olsan da qəlbi yumşaq ol, Şahlıqdan yaxşıdır Tanrı qoyam yol. Ədl üçün yaratmış səni Yaradan, Zülüm baş verərmi adil Padişahdan?
Sayfa 283 - LiderKitabı okudu
ŞÜKR...
Verilən nemətin, haqqa inanan Şükrünü artırsın gərək hər zaman. Allah mənim üçün artırdı nemət, Təşəkkür edirəm Tanrıya əlbət. Nə qədər canım var şükr edərəm hey, Dünyada varmıdır bundan gözəl şey?
Sayfa 282 - LiderKitabı okudu
Faydasız olan bu taxt de nəyə gərək?
Faydasız olan bu taxt de nəyə gərək? Üstündə başqası ömür sürəcək. Biz başqa kəslərə yer qızdırırıq, Bu yerdən utanmaq gərəkdir artıq. Faydasız bu taxta uyma, saxtadır, Yerimiz taxt deyil, quru taxtadır. Bu qızıl taxt deyil, versəniz fikir, Ayağa vurulmuş ağır kündədir. Bir taxt ki əbədi yer deyil sana, Onu ölməmişkən parçalasana...
Sayfa 244 - LiderKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.