Nüsret Kesemenli

Seçilmiş Eserleri yazarı
Yazar
9.2/10
66 Kişi
136
Okunma
112
Beğeni
7,6bin
Görüntülenme

Nüsret Kesemenli Gönderileri

Nüsret Kesemenli kitaplarını, Nüsret Kesemenli sözleri ve alıntılarını, Nüsret Kesemenli yazarlarını, Nüsret Kesemenli yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək. De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı Uçdun əllərimdə lələyin qaldı Nələri itirdim, bax nəyim qaldı Nələri, nələri unudam gərək  
Nüsret Kesemenli
Nüsret Kesemenli
Mən bulaq tək quruyub, Sən gül kimi solaydın, Gərək ya mən öləydim, Ya sən dəli olaydın… O sevgi yuxu idi, Gərək ayrılmayaydıq. Biz elə görüşmüşdük, Belə ayrılmayaydıq. Görən, kim gecikibdi? Görən, kim tələsibdi? Vüqarımız dağ olub, Yolumuzu kəsibdi. Yalanınla ömrümdə Ömrü boyu qalansan. Nə mən yaddan çıxanam, Nə sən unudulansan.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Reklam
Biri var idi biri yox idi
Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən. Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox!"
Nüsret Kesemenli
Nüsret Kesemenli
Məndən istəsəydin əgər eşqimi, Dünyamı bir həzin nəğmə edərdim. Bir gün Puşkin kimi, Lermontov kimi Səninçün dueldə ölsəm, nə dərdim?..🍃
Nüsret Kesemenli
Nüsret Kesemenli
Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya bele dönecek. Nə biləydik sevgi adlı bu qonaq Üzümüzə baxa-baxa öləcək...
Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı, yaman fərqini. Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə.
Reklam
692 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.